Mobil versiya
Xalq artisti itlərə görə ailəsini dağıtdı, 2 uşaqdan sonra nikaha girdi
Tarix: 14-03-2023 | Saat: 10:51
Bölmə:Şou-biznes | çapa göndər

Xalq artisti itlərə görə ailəsini dağıtdı, 2 uşaqdan sonra nikaha girdi

AİA.Az lent.az-a istinadən "Bir ulduz axdı" layihəsində rusiyalı aktyor, rejissor, "Sovremennik" və "Tabakerka" teatrlarının təsisçisi, səs sənətkarı Oleq Tabakov haqda məqaləni təqdim edir.

Teatr və kinoda 200-dən çox rolu canlandırmış, saysız - hesabsız nüfuzlu mükafatların sahibi Oleq Tabakov özü məktəb olan sənətkarlardandır.

Onun iştirakı ilə çəkilmiş " Ölülər və dirilər", " Hərb və sülh", "12 stul", "Baharın 17 anı", "Kapusin bulvarından olan adam", "D Artanyan və 3 muşketyor" və digər filmlər klassika sayılır.

O, 1935-ci il 18 avqustda Rusiyada həkim ailəsində doğulmuşdu. Xoşbəxt uşaqlığını müharibə yarımçıq qoydu. Ata - anası 5 il cəbhədə həkim kimi fəaliyyət göstərdilər. Müharibə başa çatdıqdan sonra onlar nədənsə boşanmağa qərar verdilər və bu Oleqə çox pis təsir etdi. Anası ilə qalan balaca Oleq əməlli - başlı xuliqan həyat tərzi keçirməyə başladı, qadın oğlunun tərbiyəsinin pozulmaması üçün onu teatr dərnəyinə yazdırdı və bununla da hər şey dəyişdi. Oleq teatra aşiq oldu.

İlk gəncliyindən teatrda və kinoda çalışmağa başlayan Oleq Tabakov işə o qədər aludə olmuşdu ki, bu onun səhhətinə mənfi təsir etdi, 29 yaşında infarkt keçirdi. Həkimlər ona aktyorluq etməyə icazə verməsələr də, Oleq yolundan dönmədi. 1967-ci ildə, infarktdan bir ay sonra oynadığı dramatik rola görə SSRİ Dövlət mükafatına layiq görüldü.

1970-ci ildən həmtəsisçisi olduğu "Sovremennik" teatrına rəhbərlik etməyə başladı və rəhbər kimi başqa xüsusiyyətləri üzə çıxdı. O həm çar, həm nökər idi. Əməkdaşlara həm tələbkarlıqla, həm də ədalətlə yanaşırdı. Məsələn, sərxoş gəldiyinə görə, ən tanınmış aktyorlardan birini işdən qovmuşdu.

"Baharın 17 anı" çoxseriyalı filmindəki Şellinberq obrazı Tabakova böyük şöhrət gətirdi.
Çox maraqlıdır ki, ən ciddi obrazlarla ekranlara çıxan Tabakov dublyajda da uğurla iştirak edir və yalnız pişik obrazlarını səsləndirirdi. "Prostokvaşinodan olan 3 nəfər" multfilmində pişik Matroskin, tənbəl pişik Qarfild məhz onun səsiylə sevildi.

1988-ci ildə aktyor Xalq artisti adına layiq görüldü. 90-cı illərin əvvəllərində Oleq Tabakov ən varlı aktyor sayılsa da, 1992-ci ildə keçirilən pul islahatlarından sonra kasıbladı. O, aktyorluqla yanaşı pedaqoji fəaliyyət də göstərirdi və Tabakovun təlim kursları digər pedaqoqların kurslarından çox fərqlənirdi. Tələbələr qadağan olunmuş filmlərə baxır, qadağan olunmuş aktyorların sənət yollarını və yaradıcılığını öyrənirdilər. 1992-ci ildə Tabakov Amerikanın Boston şəhərində özünün yay məktəbini açdı.

Tabakov 1986-cı ildən 2000-ci ilə qədər Moskva Akademik Bədii Teatrına rəhbərlik edib.

Onun şəxsi həyatı da qəribəliklərlə doluydu. Oleq Tabakovun ilk arvadı aktrisa Lyudmila Krılova olub. Lyudmila Oleq Tabakovu ekrandan görüb, tanıyıb və platonik eşqə düşüb. "Bəlkə nə zamansa onu canlı görə bilər" arzusuyla Lyudmila aktrisa olmağa qərar verir və dərnəklərə yazılır. O "Sovremennik" teatrının bütün tamaşalarına baxır, Tabakovu uzaqdan görəndə özünü xoşbəxt hesab edirdi. "Moskva Kiçik Teatrı"nda işləməyə başlayan Lyudmilaya bir gün təklif gəlir. Ona deyirlər ki, bir vasvası aktyor tərəf müqabili olaraq heç kimi bəyənmir, amma onunla məşq etməyə razılıq verib.

Lyudmila film çəkilişləri üçün studiyaya gələndə onu bəyənmiş həmin vasvasının sevdiyi adam Oleq Tabakov olduğunu görəndə sevincindən ürəyi gedir. Onlar arasında xoş münasibət tanışlıqlarının ilk günü yaranır. İlk oğulları doğulandan 4 ay sonra cütlük nikah masasına oturur. Az müddət sonra cütlüyün bir qızı dünyaya gəlir. Lakin ailənin xoş günləri uzun çəkmir. Tabakov anidən ailəsindən soyuyur. (Hərçənd onun çoxlu sayda qadın fanatları, eşq macəraları olurdu, arvadı bunlara dözür və göz yumurdu) O özündən 30 yaş kiçik tələbəsinə aşiq olur, arvadından ayrılıb yeni sevgilisi, aktrisa Marina Zudina ilə birlikdə yaşamağa başlayır. Lyudmilaya isə "əzizim, gözlənilməzdir bilirəm. Mən aşiq oldum. Ortada sevgi var" deyir və gedir.

Marina ilə düz 10 il vətəndaş nikahında qalan Oleq Tabakov 2 övladı dünyaya gələndən sonra münasibətlərini rəsmiləşdirir. İllər sonra Oleq Tabakov ilk arvadından boşanmasına itlərin səbəb olduğunu demişdi. Filmlərdə ancaq pişikləri səsləndirən aktyor, real həyatda itləri çox sevirdi. Lyudmila aktyorun çoxlu sayda itlərinə baxa bilmir, o qastrola gedən kimi itləri kimlərəsə hədiyyə edirdi. Məhz itlər onların arasında anlaşılmazlığa, qalmaqallara səbəb olurmuş.

Oleq Tabakovun birinci arvadından olan uşaqları Anton və Aleksandra atalarının xəyanətini qəbul etmədilər və ondan üz döndərdilər. Onlar hətta ölüm yatağında olarkən belə Tabakova baş çəkmədilər.

İkinci evliliyindən isə 1995-ci ildə Pavel və 2006-cı ildə Mariya doğuldu. Pavel atasnın yolunu davam etdirdi və indi də bu sənətdədir.

2017-ci ilin dekabrında Oleq Tabakov bir neçə xəstəlik səbəbilə reanimasiyaya düşdü. Həkimlər onu süni koma vəziyyətinə saldılar. 82 yaşlı aktyor nə arvadını, nə də uşaqlarını tanımırdı.

2018-ci il martın 12-də o xəstəxanada həyatla vidalaşdı. Xalq artistini Moskvada Novodeviç məzarlığında dəfn etdilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə