Orxan Rəşad Dağlıdan danışanlara söz atdı
Tarix: 13-03-2023 | Saat: 16:46
Bölmə:Şou-biznes | çapa göndər
"Bu gün Rəşad Dağlı bizimlə deyil. Allah ömür versin. Dünənə qədər burada idi, heç kim Rəşadın adını çəkmirdi".
aia.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Səhər mərkəzi" verilişində deyib. İfaçı həmkarı Rəşad Dağlının həbs edildikdən sonra adının meyxanaçılar tərəfindən çox çəkilməsini tənqid edib:
"Tək Rəşad yox, digər meyxanaçılar haqda da. Vüqar Biləcəri sağ idi, adını çəkən yox idi. Gözləməyək ki, kimsə ölsün, başına nəsə gəlsin adını çəksinlər. Niyə adam öləndən sonra qiymət mindirilir? Düzdür, ustadları unutmaq olmaz. Amma indikiləri də unutmayın".
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024