Prezident İlham Əliyev yaxın gələcəkdə Azərbaycanın artıq beynəlxalq yaşıl enerji bazarında da vacib oyunçuya çevriləcəyini anonsladı
Tarix: 13-03-2023 | Saat: 11:34
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında ölkəmizdə 2013-cü ildən keçirilən Qlobal Bakı Forumu getdikcə nüfuzunu artıraraq, bu gün artıq aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Forum çərçivəsində müxtəlif regionları və mədəniyyətləri təmsil edən hazırkı və sabiq liderlər toplaşaraq cari problemləri müzakirə edə bilirlər. Bu baxımdan mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyevin rolu yüksək qiymətləndirilir. Çünki bu Forumda müxtəlif mədəni mənsubiyyətə, siyasi sistemə və siyasi tarixə malik nümayəndələr iştirak edirlər. Cari ilin mart ayının 9-da X Qlobal Bakı Forumu “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda işə başlayıb. Forumun açılış mərasimində iştirak edən dövlətimizin başçısı öz çıxışında bildirib ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Tədbirdə 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var ki, bu da müzakirələrin səviyyəsinin kifayət qədər yüksək olacağını deməyə əsas verir.
Öz çıxışında cənab Prezident İlham Əliyev panellərdən birinin həsr olunduğu multilateralizm mövzusuna dair fikirlərini bölüşərək, Azərbaycanın Qoşulmama Hərəkatında 2019-cu ildən öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə 2023-cü ilədək uzadılmış sədrliyi dövründə Təşkilatı daha da aktivləşdirmək, onun dünyada gedən proseslərə müdaxilə və təsir imkanlarını artırmaq üçün fəal şəkildə və yüksək effektivliklə çalışdığını qeyd etdi. Bu məqsədlə çoxsaylı beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil edilib. Azərbaycan COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı oldu. Zirvə toplantılarından biri pandemiya ilə mübarizəyə həsr edildi. Həmçinin Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdi və koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdi. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafını təmin etmək üçün məqsədyönlü addımlar atıldı. Təşkilatın 60 illik tarixində ilk dəfə məhz Azərbaycanın təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı, Hərəkatın Gənclər Şəbəkəsi təsis edildi. Dövlətimizin başçısı bəyan etdi ki, bu ilin sonunda Azərbaycanın sədrliyi başa çatdıqdan sonra da ölkəmiz öz səylərini davam etdirəcək. Diqqətəlayiq haldır ki, Azərbaycanın Qoşulmama Hərəkatında aparıcı rolu Təşkilata üzv olmayan digər dövlətlərin başçıları tərəfindən də qeyd olunur. Azərbaycanın son illər ərzində oynadığı mühüm rol əslində beynəlxalq münasibətlərdə etiraf olunub. Vurğulanıb ki, Azərbaycan siyasi baxımdan, yəni, sülhün necə qorunması, qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb.
Daha sonra cənab Prezident İlham Əliyev münaqişələrin həlli mövzusunda danışaraq bildirdi ki, Azərbaycan 30 ilə yaxın müddət ərzinsdə Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışsa da cəzasızlıq mühitindən və himayədarlarının dəstəyindən arxayınlaşan Ermənistan ölkəmizin bu səylərini düzgün qiymətləndirmədi. İşğalçı ölkə BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. Vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilatlar isə, daha çox münaqişənin dondurulmasına çalışırdılar. Bundan sonra Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, BMT Xartiyasının 51-ci maddəsindən istifadə edərək güc tətbiq etdi və öz ərazilərini azad etdi. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra Azərbaycan sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdi. Dövlətimizin başçısı öz çıxışında bu məqamı da xüsusi olaraq vurğuladı ki, 2022-ci ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bu iki ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəklərinə dair razılığın əldə olunması əslində sülhə nail olmaqda heç bir maneə olmadığını göstərir.
Sözsüz ki, bu gün bütün dünya ölkələrinin gündəmində duran ən vacib məsələlərdən biri də enerji təhlükəsizliyi ilə bağlıdır. Bu baxımdan Qlobal Bakı Forumundan panel müzakirələrdən birinin məhz bu mövzuya həsr olunacağı gözlənilən idi. Bu sahədə IX Qlobal Bakı Forumundan sonra keçən bir il ərzində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandıran cənab Prezident İlham Əliyev ilk növbədə həmin dövrdə Azərbaycan və Avropa Komissiyası arasında Enerji Sahəsində Anlaşma Memorandumunun imzalandığını qeyd etdi. Əldə olunan razılaşmaya əsasən Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Ölkəmiz hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq, Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində onlara birmənalı olaraq yardım etdi və yardım etməkdə davam edəcək. Həmçinin dövlətimizin başçısı ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladıqlarını xatırlatdı və bunun çox önəmli hadisə olduğunu qeyd etdi. Cənab Prezident həmçinin məlumat verdi ki, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. Beləliklə, Azərbaycan artıq beynəlxalq yaşıl enerji bazarında da vacib təchizatçıya və oyunçuya çevriləcək.
Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024
09:29 "Brent" nefti bahalaşdı