Həyata keçirilən islahatlar qələbələrin və inkişafın əldə edilməsində mühüm rol oynayır
Tarix: 13-03-2023 | Saat: 09:48
Bölmə:Özəl | çapa göndər
Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından etibarən daha da intensivləşdi. Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, hüquq-mühafizə orqanlarında struktur və kadr dəyişiklikləri aparılmış, 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqlənmiş, ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılmışdır. Bu, ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlıq qurulması, habelə Milli Məclis ilə daha müntəzəm əlaqələrin təşkilinə verdiyi əhəmiyyətdən irəli gəlirdi.
Lakin bu islahatların gedişi zamanı Milli Məclisin beşinci çağırış tərkibi heç bir halda islahatlara yardım missiyası ilə çıxış edə bilmirdi. Nəzərə almaq lazımdır ki, Prezident Administrasiyası, Nazirlər Kabineti ilə bağlı aparılan dəyişikliklər fonunda parlamentdəki sükunət diqqət çəkirdi. Belə bir vaxtda Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul etdi. Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini bildirdi.
2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması islahatlara çox mühüm bir töhfə oldu. Həmin vaxt ölkədə rəsmən mövcud olan 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etdi. Ümumilikdə, seçkilərə qatılmış 1314 namizəddən 305 nəfəri siyasi partiya üzvü olmuşdur. Həmin 305 şəxsdən 244-nün namizədliyi mənsub olduğu siyasi partiya tərəfindən, 61-nin namizədliyi isə özü tərəfindən irəli sürülmüşdü. Seçkilərin yekunu olaraq parlamentə seçilmiş 121 nəfərdən 70-i YAP, 10-u müxalif partiya nümayəndəsi, 41-i isə bitərəf olmuşdur. Qeyd edilənlər göstərdi ki, müstəqillikdən bu yana Azərbaycanda çoxpartiyalı sistemin formalaşma prosesi başa çatmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında nitqi zamanı deputatlara tövsiyə etmişdi ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. Bu tövsiyədən irəli gələrək ötən dövrdə Milli Məclisin deputatları seçildikləri dairələrin problemləri ilə daim maraqlanıb, seçicilərlə işin daha müasir və fəal əsaslarda qurulmasına, fəaliyyətlərində hesabatlılığa xüsusi diqqət yetirib, seçicilərlə sıx təmasda olmağa çalışıblar. Demək olar ki, bütün deputatlar karantin rejiminə əməl etməklə seçicilərlə görüşlər keçirib, müasir texnologiyalardan faydalanaraq onlarla ünsiyyət qurublar. Həmçinin deputat köməkçilərinin işi də yenidən qurulub, seçici müraciətlərinin araşdırılması, seçicilərlə daimi təmasların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində gələcəkdə çoxpartiyalı idarəçilik sisteminin oturuşması üçün iqtidar komandasının iradəsi olduğunu və parlamentin də bu istiqamətdə hüquqi baza yaratmalı olduğunu vurğulayaraq demişdir: “Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz...Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.
Əldə edilmiş milli birlik, siyasi sabitlik və milli maraqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində qazanılan qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun uzaqgörənliyini və əhəmiyyətini göstərdi. Cənab İlham Əliyevin həyata keçirdiyi yeni islahatlar da bunu bir daha sübut elədi. Müharibədə qələbə, sosial sahədə inqilabi dəyişikliklər, pandemiya dövründə əhalinin rifahının qorunması və yaxşılaşdırılması, dünya birliyinə inteqrasiya, enerji təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər, qlobal layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsinə səbəb olmuşdur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi məhz bu qələbələrin və inkişafın əldə edilməsində mühüm rol oynayır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024
09:29 "Brent" nefti bahalaşdı