Mobil versiya
Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb
Tarix: 12-03-2023 | Saat: 18:35
Bölmə:Özəl | çapa göndər

Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb

2022-ci ilin iyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyenin Bakıya səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandrumu imzalanıb. Memorandumda Azərbaycandan Aİ-yə təchiz edilən qazın həcminin ikiqat artırılması qeyd olunub. Bu məqsədlə tərəflər Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürüblər. 
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair bəzi razılaşmalara nəzər yetirək. Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra 1991-ci ildən Aİ ölkə iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub. Bu müddət ərzində İttifaqla münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib.
Azərbaycanla Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerjidaşıyıcları istiqamətində əməkdaşlıq və danışıqların davamlı aparılması təşkil edir. Təbii qazın idxalında Aİ-nin Rusiyadan yüksək asılılığının səbəbləri enerji bazarının strukturu ilə bağlıdır. Əvvəla, Rusiya dünya üzrə ən iri qaz ehtiyatlarına malik olan ölkədir. Azərbaycan qazının ixracının son vaxtlara qədər ildə 150 milyard kubmetrdən çox olan Rusiyanın Aİ-yə ixracını tamamilə əvəz edə bilməməsi faktı indiyədək Moskvada narahatlığı aradan qaldırmağa kömək edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu genişləndikcə, gələcəkdə bu vəziyyətin dəyişməsi ehtimalı var. Belə ki, Bakı və Moskva arasında münasibətlərin dəyişməsi Azərbaycanın daha ehtiyatlı xarici siyasət yürütməsini və enerji sahəsində bu yeni strateji tərəfdaşlığın mütləq gətirəcəyi çağırışların effektiv şəkildə öhdəsindən gəlmək üçün Bakının səylərində Aİ-nin daha güclü dəstəyini tələb edəcək.
Məlumdur ki, dünyada və xüsusilə Avropada son bir ildə yaranmış geosiyasi vəziyyət qitə ölkələrinin alternativ enerji mənbələri axtarışını daha da intensivləşdirib. Bu şərait Azətbaycanın enerji resurslarına olan tələbatı kəskin şəkildə artırıb. 
Azərbaycan və Latviya qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurmuş, strateji tərəfdaş ölkələrdir. Hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün hər iki ölkənin dövlət başçıları səviyyəsində mühüm addımlar atılır. Bu baxımdan martın 8-də Latviya Respublikasının Prezidenti Egils Levitsin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Latviya Prezidentləri arasında ikitərəfli əməkdaşlığın regional inkişaf, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı, NATO-Azərbaycan əməkdaşlığı və bir çox digər mühüm məsələlər barədə aparılan müzakirələrin nəticələri də belə deməyə əsas verir ki, əsas istiqamətlərdə ölkələrimizin mövqelərində aşkar yaxınlıq vardır. 

Aidə Məhərrəmova,
ADPU.Yap üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024