Qarabağ Dirçəliş Fondu ilə Latviyadan olan nümayəndə heyəti arasında görüş keçirilib -Fotolar
Tarix: 09-03-2023 | Saat: 17:54
Bölmə:İqtisadiyyat | çapa göndər
9 mart tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ölkəmizdə səfərdə olan Latviya İnvestisiya və İnkişaf Agentliyinin Baş Direktoru Kaspars Rozkalnsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
aia.az xəbər verir ki, görüşdə Latviya Prezidentinin İqtisadi siyasət üzrə müşaviri Alise Pika Ozola, Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin ikinci katibi Kaspars Mekons, “Vizulo Solutions” MMC-nin Baş icraçı direktoru Janis Zeltins, “Wateriga” MMC-nin direktoru Maris Egle, “Cobalt” MMC-nin icraçı direktoru Karlis Saltups, “Studio Around” MMC-nin təsisçisi Reinis Predelis də iştirak ediblər.
Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev QDF-in yaradılması, Fondun fəaliyyətinin 2022-2025-ci illəri əhatə edən strateji istiqamətləri, əsas məqsəd və vəzifələri, o cümlədən həyata keçirilən və cari layihələrdən bəhs edib. R.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunduqdan sonra qısa zaman kəsiyində Qarabağda görülən mühüm işlər barədə ətraflı məlumat verib.
Rəhman Hacıyev işğaldan azad edilən ərazilərdə ermənilərin törətdikləri dağıntılardan danışaraq işğal nəticəsində ölkəmizə vurulan zərərin miqyasının həddindən artıq böyük olduğunu diqqətə çatdırıb. Sədr zərərdən danışarkən bu barədə ətraflı məlumatların əks olunduğu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Karabakh.Center” internet-resursu barədə də məlumat verib.
İdarə Heyətinin sədri bildirib ki, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin bu ərazilərdə apardıqları qeyri-qanuni fəaliyyət və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm kəsb edir.
İanə mədəniyyətinin təşviqi, Fonda cəlb olunan ianələr barədə məlumat verən sədr Fondun fəaliyyətində şəffaflığın zəruri olduğunu xüsusi vurğulayıb.
Görüşdə Qarabağda hazırda görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024