Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub -Fotolar
Tarix: 02-03-2023 | Saat: 17:57
Bölmə:İqtisadiyyat | çapa göndər
Martın 1-də Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunmasına dair müzakirə görüşü keçirilib.
Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, parkın layihəçisi “By Medgalchi” şirkətinin direktoru, layihə rəhbəri Hüseyn Medqalçı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova, Dünya Bankında proqram koordinatoru Leyla Tağıyeva, Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün “Fərqli Fərdlər” Konqresinin təşkilatçısı, emosional intellekt üzrə tyutor Süzanna Burezgi, “EkoSfera” Sosial Ekoloji Mərkəz İctimai Birliyinin sədri Firuzə Sultan-zadə, memarlar Toğrul Bayramov və İlqar Manafsoy, eləcə də qeyri-hökumət təşkilatlarının müvafiq nümayəndələri, Qarabağ Dirçəliş Fondunun donor tərəfdaşları iştirak ediblər.
Görüş iştirakçıları Füzuli Mərkəzi Parkının layihəsində inklüzivliyə dair standartların nəzərə alınması (müxtəlif yaş, fiziki imkanlar və maraq qrupları üzrə), sabit fiziki və ya hissiyyat pozuntuları olan şəxslər üçün maksimum yararlı şəraitin təmin olunması (hərəkətlilik, idman, istirahət və s.), park ərazisində uşaqlar üçün multifunksional inklüziv oyun məkanlarının, eləcə də ev heyvanları üçün sərbəst hərəkət sahəsinin yaradılması və digər mövzular ətrafında müzakirələr aparıblar.
Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Füzuli Mərkəzi Parkının konsept-layihəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Füzuli sakinlərinin, həm də şəhərin qonaqlarının istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuli rayonunun, xüsusən də onun ekoloji tarazlığının bərpasına xüsusi diqqət ayırdıqlarını deyən Rəhman Hacıyevin sözlərinə görə, dövlətimizin başçısı və birinci xanımın iki dəfə Füzuli şəhərində yerləşəcək parkın ərazisində ağacəkmə aksiyasında iştirak etmələri bunun əyani sübutudur.
İdarə Heyətinin sədri parkın layihələndirilməsi zamanı fiziki imkanları məhdud olan insanlar, uşaqlar və yaşlı insanlar üçün rahat şəraitin yaradılmasının nəzərdə tutulduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, qeyd olunan məsələ ilə bağlı təkliflər hazırlanarkən beynəlxalq qabaqcıl təcrübədən istifadə olunub.
“By Medgalchi” MMC-nin direktoru, layihə rəhbəri Hüseyn Medqalçı Füzuli Mərkəzi Parkının layihəsi haqqında görüş iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi park sahəsində istirahət zonaları, açıq yaşıllıq sahələri, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərin yaradılması nəzərdə tutulub.
Hüseyn Medqalçı parkda fiziki imkanları məhdud olan insanların istirahəti, eləcə də park ərazisində quraşdırılacaq avadanlıqlardan rahat istifadə edə bilmələri üçün lazımi tədbirlərin görüləcəyini də diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışaraq, Füzuli şəhərinin mərkəzində yaradılacaq Füzuli Mərkəzi Parkının şəhər sakinlərinin ən sevimli istirahət məkanlarından birinə çevriləcəyindən əminliyini ifadə edib.
Parkın salınması üçün seçilən ərazinin olduqca əlverişli olduğunu və qarşıya qoyulan hədəflərə uyğun gəldiyini deyən Komitə sədri onun Zəfər Yolunun üzərində yerləşməsini xüsusi vurğulayıb.
Füzuli Mərkəzi Parkının əvvəlcədən onlara təqdim edilən pre-konsept layihəsi və digər müvafiq sənədlərlə tanış olan görüş iştirakçıları (qeyd olunan sənədlərlə bu linkə daxil olaraq tanış olmaq olar) mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər. Parkın ərazisindəki giriş və çıxışlarda məlumat lövhələrinin quraşdırılması, pandusların düzgün nəzərə alınması, sanitar qovşaqlarının əlçatan olması, uşaqlar üçün qum meydançalarının yaradılması, Füzuli rayonunun və Qarabağın tarixini əks etdirən məlumat lövhələri və qapalı əyləncə məkanlarının tikintisi və digər təkliflər irəli sürülüb.
Tədbir iştirakçıları parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübənin nəzərə alınmasını, parkda inklüzivliyin təmin olunması məqsədilə bu sahədə təcrübəsi olan insanların fikir və təkliflərinin öyrənilməsini müsbət qiymətləndirməklə yanaşı, gələcəkdə ekspert qismində çıxış etməyə hazır olduqlarını bildiriblər.
İki saatdan artıq davam edən müzakirənin sonunda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev müzakirələrdə fəal iştirak etdiklərinə görə görüş iştirakçılarına təşəkkürünü bildirib, onların səsləndirdikləri fikir və təkliflərin Füzuli Mərkəzi Parkının layihələndirilməsində mütləq nəzərə alınacağını vurğulayıb.
Xatırladaq ki, Füzuli Mərkəzi Parkının layihələndirilməsi layihəsi Qarabağ Dirçəliş Fondunun sifarişi ilə həyata keçirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024