Mobil versiya
Sosial-İqtisadi Kollecində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 24-02-2023 | Saat: 17:28
Bölmə:Təhsil | çapa göndər

Sosial-İqtisadi Kollecində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

“Xocalı soyqırımının otuz birinci ildönümünün keçirilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil nazirinin və UNEC-in rektorunun imzaladığı Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Əsrin faciəsi”adlı tədbir keçirildi.

aia.az xəbər verir ki, ilk əvvəl tədbir iştirakcıları kollecin dəhlizində Xocalı faciəsinə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.Sonra tələbələrin Xocalı soyqırımına aid hazırladıqları divar qəzetləri nümayiş olundu.Sonda kollecin akt zalında tələbələrin iştirakı ilə bədi-bədii tədbir keçirildi.Tədbirdə Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndi,videoçarx nümayiş olundu.
Kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxış edərək Xocalı faciəsinin əsl mahiyyəti barədə tədbir iştirakçılarına ərtaflı məlumat verərək bildirdi ki, Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır. Faciədən sonra tez bir zamanda 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
Kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov çıxışında qeyd etdi ki, Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırıma öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır.
Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024