Mobil versiya
Məxfi Qarabağ planını yayan jurnalist: "Ter-Petrosyanı buna görə devirmişdilər"
Tarix: 01-07-2016 | Saat: 13:28
Bölmə:Aia TV | çapa göndər

Məxfi Qarabağ planını yayan jurnalist: "Ter-Petrosyanı buna görə devirmişdilər"






Ermənistanda bu günlərdə Rusiyanın Qarabağ planını açıqlayan ekspert, jurnalist Tatul Akopyan deyib ki, münaqişənin mərhələli həllini nəzərdə tutan bu sənəd 1997-ci ildə prezident Levon Ter-Petrosyanın devrilməsi ilə nəticələnən mərhələli həll planı ilə oxşardır.

Aia.Az virtualaz.org-a istrinadən bildirir ki, Akopyan həmin planının 2011-ci ildə Kazanda prezidentlərə təqdim olunan sənədin yenidən işlənməsi nəticəsində meydana çıxdığını deyib.

"Mən hesab edirəm ki, Kazan sənədinin şərtləri Ter-Petrosyanın 1997-ci ildə təqdim etdiyi planın şərtləri ilə eynidir. Hansı ki, onu aqressiv formada o vaxtkı baş nazir Robert Köçəryan, daxili işlər naziri Serj Sərkisyan və hər şeyə qadir hesab edilən Vazgen Sərkisyan rədd etmişdilər... Bu gün isə masada yenilənmiş Kazan sənədi var, o, Azərbaycanın rədd etdiyi Kazan sənədindən daha pisdir", -Tatul Akopyan bildirib.



Ekspertin sözlərinə görə, 1997-ci ildə Ter-Petrosyanın devrilməsinə səbəb olan planda olduğu kimi, indiki həll variantında da Dağlıq Qarabağın yekun statusu qeyri-müəyyən müddətə təxirə salınır.

"Doğrudur, Rusiyanın irəli sürdükləri təkliflərdə üstünlük ondadır ki, orada referendumdan söhbət gedir, ancaq Azərbaycan bunu qəbul etmir və həmin müddəanın həyata keçirilməsi mümkün deyil. Ərazilərin qaytarılması məsələsi isə eynilə Ter-Petrosyanın irəli sürdüyü mərhələli həll variantında olduğu kimi həll edilir", - Akopyan deyib.

Onun sözlərinə görə, Ermənistanın bu həll variantını qəbul edəcəyi hələ məlum deyil. Akopyan deyib ki, o özü Putin-Lavrov sənədi ilə tanış olub və həmin sənəddə ən azından yazılı şəkildə Kəlbəcər və Laçın rayonlarının taleyi haqda söhbət getmir. "Laçın kimi Kəlbəcərin də məsələsi gələcəyə saxlanılır, 5 rayon qaytarılır", - jurnalist əlavə edib.

Akopyan bildirib ki, heç olmasa Ter-Petrosyan cəmiyyət qarşısında səmimi davranıb mərhələli həlli özünün "Müharibə və ya sülh? Düşünmək vaxtıdır" məqaləsində açıqlamışdı. Sərkisyan isə heç nə demir, ancaq 5 il keçəndən sonra məlum olur ki, o, Kazan sənədinə razı imiş. "Ter-Petrosyan mərhələli həllə görə məsuliyyəti üzərinə götürmüşdü, indiki prezident isə məsuliyyətdən necə qaçmağı bilir", - Akopyan deyib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024