Mobil versiya
Ötən ay respublikada 7,7 faiz artımla elektrik enerjisi istehsal edilib -Foto
Tarix: 14-02-2023 | Saat: 12:12
Bölmə:İqtisadiyyat | çapa göndər

Ötən ay respublikada 7,7 faiz artımla elektrik enerjisi istehsal edilib

2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 195,9 mln. kVt·st, yəni 7,7% artaraq 2 755,9 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 210,1 mln. kVt·st artaraq 2 664,7 mln. kVt·st, SES-lərdə 13,5 mln. kVt·st azalaraq 67,2 mln. kVt·st təşkil edib. Bu dövrdə digər mənbələr (KES, GES və BMTZ) üzrə elektrik enerjisinin istehsalı 24,06 mln. kVt·st olub. Ay ərzində külək elektrik stansiyalarında 0,78 mln. kVt·st, günəş elektrik stansiyalarında 3,93 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 19,35 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2023-cü ilin yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 523,5 mln. kVt·st (İES-lərdə 2 460,0 mln. kVt·st, SES-lərdə 63,5 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 28,85 mln. kV·st (İES-lərdə 21,98 mln. kVt·st, SES-lərdə 3,24 mln. kVt·st, Günəş ES-də 3,63 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 4 min kVt·st, müstəqil elektrik stansiyaları üzrə 203,5 mln. kVt·st təşkil edib.
Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 mln. kVt·st, ixracı isə 512,6 mln. kVt·st olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024