Şirvan-Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti dövlətimizin təhsil siyasətinə tam uyğun səviyyədə qurulub... (oxucu məktublarından)
Tarix: 04-02-2023 | Saat: 11:00
Bölmə:Təhsil | çapa göndər
Bu günlərdə redaksiyamıza Şirvan şəhərində, eləcə də Biləsuvar və Neftçala rayonlarından çoxsaylı oxucu məktubları daxil olub. Açığını desək, uzun müddətdir ki, dəyərli oxucularımızdan aldığımız məktublarda bu qədər hiddət və gərginlik intonasiyaları ilə rastlaşmamışdıq. Bu narazılığın səbəbi isə son vaxtlar bəzi sosial şəbəkə platformalarında Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyinə qarşı əsassız hücumların, böhtan xarakterli ittihamların yer alması olub. Xatırladaq ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi (ŞSRTİ) Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında yaradılıb. Regional idarəyə isə 2022-ci ilin aprel ayından Sənan Mənsimli rəhbərlik edir. Redaksiyamıza daxil olan məktublarda vurğulanır ki, sosial şəbəkələrdə Sənan Mənsimliyə qarşı təşkil olunan böhtan kampaniyası mahiyyət etibarı ilə bütün regionun elm və təhsil ictimaiyyətinin fəaliyyətinə kölgə salmaq, nüfuzuna xələl gətirmək məqsədi güdür. Bildirilir ki, reallıqda ŞSRTİ-nin fəaliyyəti dövlətimizin təhsil siyasətinə tam uyğun səviyyədə qurulub və bu siyasətin Şirvan-Salyan regionunda uğurla həyata keçirilməsi baxımından kifayət qədər effektiv şəkildə davam edir.
Xüsusilə qeyd olunur ki, idarə tərəfindən keçən ilin aprel ayından sonra ötən dövr ərzində müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Gənc müəllimlərin sayının getdikcə daha da artması gənclərin müəllimlik peşəsinə olan marağının artmasını təsdiq edir. Regionda vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərin daha əsaslı qeydiyyatı və analitik təhlili, vətəndaşların müraciətlərinin araşdırılması, onların qəbula dəvəti, maarifləndirilməsi istiqamətində tədbirlər planının hazırlanması, ŞSRTİ-nə tabe sektorlarda vətəndaş məmnunluğu işinin təşkili istiqamətində görülən işlər durmadan genişləndirilir, proseslərin avtomatlaşdırılması ilə çevik kommunikasiyanın təşkili və vətəndaş qəbulu prosesinin təkmilləşdirilməsi üzərində səmərəli iş aparılır.
Məlum olduğu kimi, bu gün Azərbaycanda təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası paytaxt Bakı ilə yanaşı ölkəmizin bütün rayon və bölgələrində də uğurla həyata keçirilməkdədir. Son illər ərzində bütün rayon və bölgələrimizdə birbaşa dövlət başçısının göstərişi ilə çox sayda məktəblər tikilib, bir çoxları isə əsaslı təmir olunub və bütün lazımı avadanlıqlarla təhciz edilərək şagirdlərin istifadəsinə verilib. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları və iqtisadi proqramların icrası bütün regionlarımızda uğurla davam etdirilir.
Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının müqabilində bütün digər rayon və bölgələrimizdə olduğu kimi, Şirvan-Salyan regionunun da həm pedaqoji, həm də şagird kollektivləri öz növbələrində yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində regionun təhsil sistemində dinamik inkişaf təmin edilmiş, yüksək nəticələr əldə olunmuşdur. Qeyd etmək lazımdır ki, bu gün Şirvan-Salyan regionunda tədrisin keyfiyyətinin getdikcə daha da yüksəldilməsilə yanaşı şagirdlərin ümumi dünya görüşlətinin artırılması, intellektual səviyyələrinin daha da yüksəldilməsi kimi məsələlərə də xüsusi diqqət yetirilir. Bu baxımdan əlbəttə ki, regionun bütün təhsil müəssisələrində mütəmadi olaraq keçirilən tədbirlər, ŞSRTİ-nin rəhbərliyi tərəfindən keçirlən görüş-qəbullar da xüsusi əhəmiyyət kəb edir.
Bütün bu məqamları öz məktublarında vurğulayan oxucular sosial şəbəkələrdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyinə və regionun təhsil ictimaiyyətinə qarşı yönələn böhtan kampaniyalarına son qoyulmasını qətiyyətlə tələb edirlər.
Elbrus Bağırov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024