Mobil versiya
“Region gənclərinin Karyera Qış Məktəbi”nə qeydiyyat başladı.
Tarix: 04-02-2023 | Saat: 17:20
Bölmə:Cəmiyyət | çapa göndər

“Region gənclərinin Karyera Qış Məktəbi”nə qeydiyyat başladı.

aia.az xəbər verir ki, Gəncliyə Dəstək İB “Region gənclərinin Karyera Qış Məktəbi” layihəsi çərçivəsində region gəncləri üçün 10, 11, 12 fevral 2023-cü il tarixlərdə Göyçay şəhərində həyata keçirəcəyi Karyera Qış Məktəbi`nə qeydiyyat elan edir. Məktəb zamanı gənclər karyera yüksəlişinə kömək edəcək müxtəlif yönümlü təlimlərdən və uğurlu karyera yolu cızmış gənclərin təcrübələrindən yararlanacaqlar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə icrası olunur. Layihənin icra müddəti 3 ay olmaqla Zərdab və Ucar rayon gəncləri üçün həyata keçilir.
Layihənin məqsədi region gənclərinin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.

Son qeydiyyat tarixi: 07 fevral 2023-cü il saat 18:00
Karyera Qış Məktəbinin təşkili tarixləri: 10, 11, 12 fevral 2023-cü il
Ünvan: Göyçay şəhəri
Müraciət edə bilərlər: 18-29 yaşlı Zərdab və Ucar gəncləri
Qeydiyyat linki: https://forms.gle/UjKYG6oWHUvduxPd7



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024