Mobil versiya
Vilayət Eyvazov Səhlab Bağırovun yerinə onu TƏYİN ETDİ
Tarix: 01-02-2023 | Saat: 16:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vilayət Eyvazov Səhlab Bağırovun yerinə onu

Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib.

aia.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Ramil Piriyev təyin edilib.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev təsdiq edib.

Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə