Mobil versiya
Eltun Süleymanov: “Azərbaycan terrorun bütün forma və təzahürlərini rədd edərək qətiyyətlə pisləyir”
Tarix: 27-01-2023 | Saat: 18:45
Bölmə:Gündəm | çapa göndər

Eltun Süleymanov: “Azərbaycan terrorun bütün forma və təzahürlərini rədd edərək qətiyyətlə pisləyir”

“Yanvarın 27-də səhər saatlarında Tehranda Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücum əslində sadəcə ölkəmizə qarşı deyil, həm də bütün dünya azərbaycanlılarına, bütün Türk dünyasına qarşı törədilmiş qanlı terror aktıdır. Hücum nəticəsində səfirliyin müdafiəsində mərdliklə duran övladlarımızdan biri şəhid oldu. Azərbaycan səfirliyinə silahlı hücumla əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının bəyanatında deyildiyi kimi, bu terror aktı bütün Azərbaycan ictimaiyyəti kimi, partiyamızın üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olub. Dünyada tolerantlıq nümunəsi, multikulturalizm diyarı, sülh və sabitlik tərəfdarı kimi tanınan, dinc birgəyaşayışa, sivil inkişafa və ümumbəşəri dəyərlərin qorunmasına böyük önəm verən Azərbaycan Respublikası terrorun bütün forma və təzahürlərini rədd edərək qətiyyətlə pisləyir. Əlbəttə ki, bu qan da yerdə qalmamalıdır. Bu cinayəti törədənlər də, planlaşdıranlar da tezliklə müəyyən edilib öz layiqli cəzalarını almalıdırlar. Bu, İran dövlətinin birbaşa borcudur və Azərbaycan xalqının bunu tələb etməyə haqqı var.”

Bu sözləri mətbuata verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz qeyd edib ki, baş verənlərə görə birbaşa İran dövləti məsuliyyət daşıyır: “Bu gün Bakıda yerləşən bütün xarici ölkə səfirliklərinin, o cümlədən İran İslam Respublikasının səfirliyinin mühafizəsi dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin edilir. Lakin son vaxtlar ölkədaxili iğtişaşların səngimədiyi, qeri-sabitliyin və qeyri-müəyyənliyin hökm sürdüyü İranda nədənsə Azərbaycan səfirliyinin kifayət qədər mühafizəsi təmin olunmayıb. Əksinə, İran ölkəmizə qarşı zaman-zaman əsassız ittihamlar irəli sürməklə öz ərazisində anti-azərbaycan əhval-ruhiyyəsini qızışdırmaqla məşğuldur. Bütün bunlar əlbəttə ki, tamamilə yolverilməzdir və İran bu baş verənlərlə bağlı tutarlı açıqlama verməyə borcludur. Azərbaycan artıq özü ilə təhdid dilində danışmağın istənilən halda heç bir nəticə verməyəcəyini döyüş meydanında isbatlayıb. Azərbaycanın öz haqqını geri almasını əngəlləyə bilməyən İran bu gün ölkəmizə və dövlətimizə qarşı apardığı düşmənçilik təbliğatı ilə bu gün şahidi olduğumuz terror aktı kimi qanlı təxribatlara yol açır. Lakin Azərbaycana təhdid və hücumlarla təzyiq göstərmək, bu kimi vəhşi üsullarla ölkəmizi öz haqq yolundan, dövlətimizi öz siyasətindən çəkindirmək mümkün deyil. Azərbaycan özünə qarşı bütün təhdidləri dərhal aradan qaldırmağa, istənilən terror ocağını məhv etməyə qadir ölkə olduğunu artıq sübut edib. Buna görə də nə İranın Azərbaycanla sərhəd ərazilərində keçirdiyi hərbi təlimlər, nə rəsmi Tehranın ölkəmizə qarşı əsassız bəyanatları, nə də heç bir terror aktı Azərbaycanı öz haqq yolundan döndərə bilməz”, - deyə Eltun Süleymanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024