Mobil versiya
SOCAR ilə Sumqayıt Dövlət Universitetinin nümayəndələri arasında görüş keçirilib -Foto
Tarix: 24-01-2023 | Saat: 13:39
Bölmə:Təhsil | çapa göndər

SOCAR  ilə  Sumqayıt Dövlət Universitetinin nümayəndələri arasında görüş keçirilib

2023-cü il yanvarın 23-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə SDU nümayəndələri arasında görüş keçirilib.

Görüşdə elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri haqqında fikir mübadiləsi aparılıb, SOCAR ilə SDU arasında səmərəli əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə edilib.
“Universitet-sənaye əməkdaşlığı” çərçivəsində SDU-nun bir çox müəssisələrlə faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu diqqətə çatdırılıb, bu təşəbbüsün birgə ixtisaslı kadrların hazırlanması işinə töhfə verəcəyi bildirib.
Görüşdə, həmçinin SOCAR tərəfindən gənclərin bilik və bacarıqlarının, eyni zamanda istehsalat təcrübələrinin artırılması istiqamətində çoxsaylı proqramların həyata keçirildiyi qeyd edilib. Bugünədək SOCAR-ın təcrübə proqramlarına 120 SDU tələbəsinin cəlb edildiyi, son iki ildə SOCAR-ın strukturuna daxil olan müəssisələrdə 41 SDU məzununun işə qəbul edildiyi vurğulanıb.
Görüş çərçivəsində BANM məzunlarının SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, habelə transmilli şirkətlərdə çalışaraq ölkədə iqtisadiyyatın və sənayenin inkişafına töhfələr verdikləri, nəhəng şirkətlərdə Azərbaycanı layiqincə təmsil etdikləri ifadə edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2023