Mobil versiya
Dövlət Gömrük Komitəsinin səlahiyyətlərindən biri ləğv olunur
Tarix: 24-01-2023 | Saat: 11:23
Bölmə:Manşet / Gündəm | çapa göndər

Dövlət Gömrük Komitəsinin səlahiyyətlərindən biri ləğv olunur

Dövlət Gömrük Komitəsinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq icazə blanklarının verilməsi səlahiyyəti ləğv olunur.

“Report” xəbər verir ki, bu, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Təklif olunan dəyişikliklə bağlı olaraq icazə blanklarının verilməsinə görə dövlət rüsumunun da ləğv olunması nəzərdə tutulur. Bu isə “Dövlət rüsumu haqqında” qanun dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Yeniliyin bu il martın 1-dən tətbiq olunması planlaşdırılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024