Mobil versiya
Prezident İlham Əliyevin hər il regionlara təxminən 30-40 səfəri təşkil olunur
Tarix: 21-01-2023 | Saat: 12:20
Bölmə:Gündəm | çapa göndər

Prezident İlham Əliyevin hər il regionlara təxminən 30-40 səfəri təşkil olunur

Səfərlər çərçivəsində insanları narahat edən problemlər öyrənilir və onların həlli yolları araşdırılır. Azərbaycada heç kim deyə və sonra da sübut edə bilməz ki,nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb.

Prezident İlham Əliyevin mütəmadi olaraq regionlara səfər etməsi Azərbaycanın iqtisadi baxımdan güclü dövlətə çevrilməsi üçün mühüm addımdır. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayaraq bu istiqamətdə kompleks tədbirlər həyata keçirməsi təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətində prioritet təşkil edir. Həmçinin, Prezident İlham Əliyevin bölgələrə hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır.
Regionların köklü və keyfiyyətli şəkildə inkişafı,yenidən qurulan infrastrukturu ölkəmizin ümumi inkişafına böyük təkan verir.
Prezidentin bölgələrə hər bir səfəri regionların inkişafına və insanların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmişdir. Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır.
Dövlət başçısı vəziyyətlə yerindəcə tanış olur, vətəndaşlarla görüşüb, onların güzaranı, həyat səviyyəsi ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyələrini verir.
Səfərləri çərçivəsində prezident bir sıra mühüm sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edir. Prezident İlham Əliyev iş yerlərinin açılmasını daimi hədəf kimi qarşıya qoyub.
Bölgələrdə qurulan müəssisələr işsizliyin minimuma endirilməsi və bölgədə yaşayan əhalinin əkib-becərdiyi məhsulların yerli zavodlarda emalı baxımından böyük əhəmiyyət kəsb edir.
Regionlardakı tarixi ənənələrə və memarlıq abidələrinə göstərilən diqqət bölgələrin tarixi quruluşunun qorunub saxılmasına, həmçinin yerlərdə turizmin inkişafına böyük töhfə verir.
Bütün bunların nəticəsi olaraq da regionlar köklü və keyfiyyətli şəkildə inkişaf edir, infrastrukturu yenidən qurulur.Bu da ölkəmizin ümumi inkişafına böyük təkan verir.
Bölgələrin sosial-iqtisadi inkişafı dövlət proqramının uğurunun sübutudur. Həm işğaldan azad edilmiş ərazilərin, həm də digər ərazilərin inkişafı üçün böyük yenidənqurma işləri aparılır.

Gülpəri Məmmədli,
Azərbaycan Dövlət Pedaqoji Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024