Mobil versiya
Kəskin devalvasiya qaçılmazdır, kreditləri ödəmək çətin olacaq.
Tarix: 21-06-2016 | Saat: 15:21
Bölmə:İqtisadiyyat | çapa göndər



Bu sözləri Qaynarinfo.az-a açıqlamasında bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov dollarla olan problemli kreditlərin taleyinə münasibət bildirərkən deyib.

Əkrəm Həsənovun sözlərinə görə, dollar kreditlərinə fərqli münasibət yoxdur: "Hökümət tərəfindən dövlət hesabına heç bir güzəşt olmayacaq. Dövlət bu məsələni bankların özünün həll etməsinin vacibliyini deyib. Banklar da heç bir addım atmır".


Ekspert həmçinin bildirib ki, yaxın bir il ərzində manatın kəskin devalvasiyaya uğraması qaçılmazdır: "Bu halda bank sistemin vəziyyəti daha da ağırlaşacaq. Əhalinin də vəziyəti çətinləşəcək. Amma ilk növbədə bank sistemi çökəcək. Bu halda kredit ödəyən vətəndaşlar da ödəməyəcək. Banklar yaxşı olar ki, dollar kreditlərini milli valyutaya keçirsinlər. Heç olmasa vətəndaş gələcəkdə manatla ödəyə bilsin. Hansısa bank bunu etmirsə, həmin bank kreditin qaytarılmaması ilə üzləşəcək".

Əkrəm Həsənov vurğulayıb ki, devalvasiya qaçılmazdır və kreditləri ödəmək çətin olacaq. Nəinki sıravi vətəndaşlar, hətta sahibkarlar da kreditləri ödəyə bilməyəcək. Çünki sahibkarların gəliri də bir qayda olaraq manatladır. Ona görə böyük məbləğli kreditlərdə də problem yaranacaq".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə