Mobil versiya
“Azəraeronaviqasiya” dünyanın aeronaviqasiya xidməti üzrə top-5 təchizatçı sırasına daxil olub
Tarix: 19-01-2023 | Saat: 15:34
Bölmə:İqtisadiyyat | çapa göndər

“Azəraeronaviqasiya” dünyanın aeronaviqasiya xidməti üzrə top-5 təchizatçı sırasına daxil olub

19 yanvar 2023-cü il, Bakı – AZAL QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) CANSO təşkilatının "Global Safety Achievement Award 2022" nominasiyasında (2022-ci ildə uçuşların təhlükəsizliyi sahəsində qlobal nailiyyətlərinə görə) aeronaviqasiya xidməti üzrə dünyanın etibarlı təchizatçılarından biri kimi təsdiq edilmişdir.

CANSO – Beynəlxalq Aeronaviqasiya Təminatı Təchizatçıları Təşkilatıdır (Civil Air Navigation Services Organization). Azərbaycan 2005-ci ildən etibarən CANSO-nun üzvüdür.

CANSO-nun bu nominasiyasında ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA), “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS), Argentinanın EANA S.E, Taylandın AEROTHAI və Yeni Zelandiyanın “Aeropath Ltd” aeronaviqasiya xidmətləri top-5 aeronaviqasiya xidməti təchizatçıları kimi seçilib.

“Böyük qürur hissi ilə qeyd edə bilərəm ki, hava hərəkətinin təşkilinin təhlükəsizliyi eyni dərəcədə peşəkar və nəticəyönümlü olmaqda davam edir”, - deyə CANSO-nun Uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə daimi komitəsinin sədri Osman Saafan bildirib.

2022-ci ildə milli, regional və qlobal səviyyədə uçuşların təhlükəsizliyinin təmin edilməsinə verdiyi əhəmiyyətli töhfələrə görə AZANS-ın fəaliyyəti beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilmişdir.

“Azəraeronaviqasiya” HHİ regionda baş verən hadisə ilə bağlı Avropa daşıyıcıları üçün təhlükəsiz və etibarlı hava dəhlizinin səmərəli təşkilinin təmin edilməsində mühüm rol oynamışdır.

Azərbaycanın hava məkanı yüksək səviyyəli aeronaviqasiya xidmətinin göstərilməsinə və Avropa və Asiya regionlarını birləşdirən əsas hava dəhlizlərinin burda kəsişməsinə görə xarici aviaşirkətləri getdikcə daha da cəlb edir. AZANS tərəfindən vaxtında görülən tədbirlər sayəsində Avropadan Asiyaya uçuşlar həyata keçirən aviaşirkətlər qısa müddət ərzində alternativ marşrutlara və regiondakı böhran vəziyyətlərinə uyğunlaşa bilmişlər.

Qeyd edək ki, son illər Azərbaycanın hava məkanının tranzit ölkə kimi rolu artmışdır. Belə ki, ərazi üzərində hava məkanında tranzit daşımalarının orta artım tempi 134,1% təşkil edərək, pik aylarda 260%-ə çatıb. Hazırda bir ay ərzində Azərbaycanın hava məkanında təxminən 12 min tranzit uçuş həyata keçirilir. Azərbaycan ərazisindən keçən Orta Dəhlizin logistikasının inkişafı da son iki ildə yüksək beynəlxalq səviyyədə dəstəklənir.

Həmçinin qeyd edək ki, “Azəraeronaviqasiya” HHİ 2022-ci ildə Azərbaycanın hava məkanında və ya qonşu UMB-də qəza vəziyyəti yaşayan xarici aviaşirkətlərinin hava gəmilərinin təhlükəsizliyini və onların Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu qəza enişini təmin etmişdir.

Beləliklə, göyərtəsində texniki nasazlıqlar və ya regionda yerləşən hava limanlarında hava şəraitinin pisləşməsi ilə əlaqədar qəza siqnalı verən xarici aviaşirkətlərin iri sərnişin təyyarələri, o cümlədən dünyanın ən geniş “Airbus A380” sərnişin laynerləri təcili aeronaviqasiya xidməti və təhlükəsiz eniş ilə təmin edilmişdir.

AZANS hava marşrutlar şəbəkəsini inkişaf etdirərək və onların səmərəliliyini və ekoloji təhlükəsizliyini artıraraq Azərbaycanın Avropadan Asiyaya və geriyə hava daşımaları üçün birləşdirici qovşaq olması istiqamətində bütün səylərini göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024