Mobil versiya
Zərinə Hümbətova: Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.
Tarix: 14-01-2023 | Saat: 16:10
Bölmə:Siyasət | çapa göndər

Zərinə Hümbətova: Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.

Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Müharibə bitsə də, mübarizə hələ davam edir. Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.

Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir.

Görülən və bundan sonra görüləcək işlər bizim mövqeyimizi daha da gücləndirəcək. Adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilir. Azərbaycanın inkişaf proqramları bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik.

Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq.

Azərbaycanda həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi mövcuddur, bu amillərin qarşısında durmaq çox çətindir, Ermənistan və havadarları bunu unutmasın.

Azərbaycanın Şərq Tərəfdaşlığı ölkələri sırasında özünəməxsus yeri var. Eləcə də Avropa İttifaqı ilə əməkdaşlıq dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biridir. Ümumiyyətlə, Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Yaratdığı mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı ölkəmizə ən qlobal layihələri reallaşdırmağa imkan verir.

Bu il iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində çıxış edərkən Prezident İlham Əliyev məhz bu məsələlərə də toxunmuşdur. Dövlət başçısı Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımızın mövcud olduğunu vurğulamışdır. Belə ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Hazırda Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik.

Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin təqribən yarısı üzv dövlətlərin payına düşür. 15 ilə yaxındır Azərbaycan Avropa bazarlarına etibarlı şəkildə xam neft nəql edir. Yaxın zamanda ölkəmiz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacaq. 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan “Cənub qaz dəhlizi”nin tikintisinin təşəbbüskarı da məhz Azərbaycan olmuş və layihəni maliyyələşdirmişdir. Dövlət başçısı sammitdəki çıxışında Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub qaz dəhlizi”ni enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi adlandırmışdır.

Avropanın enerji xəritəsini dəyişdirəcək “Cənub qaz dəhlizi”nin çəkilişi uğurla sona çatmaqdadır. Bu nəhəng layihə beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində reallaşmışdır.

“Cənub qaz dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edirlər. Üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da “Cənub qaz dəhlizi”nə çoxdan maraq göstərirdilər. Azərbaycan bu ölkələrlə də Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.

ABŞ digər mühüm enerji layihələri kimi, “Cənub qaz dəhlizi”nin reallaşmasına da siyasi və mənəvi dəstək vermiş, hərtərəfli kömək göstərmişdir. ABŞ Prezidenti Donald Tramp dövlətimizin başçısına son bir neçə ildə ünvanladığı məktublarda bildirmişdir ki, iki ölkə mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edir.

Nəql olunan təbii yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland “Shell”, Bolqarıstanın “Bulgargaz”, Yunanıstanın DEPA, Almaniyanın “Uniper”, Fransanın “Engie”, İtaliyanın “Hera Trading”, “Edison”, “Enel” və İsveçrənin AXPO şirkətləridir.

“Cənub qaz dəhlizi” Məşvərət Şurasının 2015-ci ildən indiyədək altı iclası keçirilib. Bu tədbirlərin hamısına Bakı evsahibliyi edib. Bu, bir daha təsdiq edir ki, layihənin təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycandır.

Cari ilin əvvəlində keçirilən altıncı toplantıya nümayəndələrini göndərən ölkələrin sayı əvvəlki tədbirlərdə olduğundan çox idi. Bu isə layihənin artıq qlobal xarakterini və böyük beynəlxalq əməkdaşlıq platforması üzərində ucaldığını göstərir.

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsini Azərbaycanın 2022-ci ildə iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurlarla yanaşı, qarşıda dayanan hədəflərin təqdimatı kimi dəyərləndirmək olar. Ölkəmizin ötən ili bütün sahələrdə uğurlarla başa vurması, daim irəliyə doğru inamla addımlayaraq yeni hədəfləri müəyyənləşdirməsi, çağırışlar səsləndirməsi düşünülmüş və məqsədyönlü, ən əsası ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində də bildirdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra əsas hədəf şanlı Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Əgər siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Bu gün əminliklə deyə bilərik ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024