Mobil versiya
Papa XIV Leo Qəzzada atəşkəsə və beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırıb
Tarix: 17-09-2025 | Saat: 17:33
Bölmə:Özəl | çapa göndər

Papa XIV Leo Qəzzada atəşkəsə və beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırıb

Roma Papası XIV Leo Qəzzada fələstinlilərin qorxu və qəbuledilməz şəraitdə sağ qalmağa çalışdıqlarını ifadə edərək, dərhal atəşkəs və beynəlxalq humanitar hüquqa riayət olunmasını istəyib.
Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa XIV Leo çərşənbə günü Vatikanın Müqəddəs Pyotr meydanında ümumi auditoriya təşkil edib və burada İsrailin hücumu altında olan Qəzzada baş verən hadisələri şərh edib.

Papa XIV Leo, "Qəzzadakı Fələstin xalqına dərin hüznlə başsağlığımı bildirirəm. Onlar qorxu içində və qəbuledilməz şəraitdə sağ qalmağa davam edirlər. Onlar öz torpaqlarını tərk etmək məcburiyyətindədirlər" dedi.


Papa Qəzza ilə bağlı çıxışında “Öldürmə” əmrini verən Uca Allahın hüzurunda və bütün bəşər tarixinin işığında hər bir insanın toxunulmaz bir ləyaqəti var ki, ona həmişə hörmət edilməli və qorunmalıdır.

Papa XIV Leo çıxışını belə davam etdirdi:

"Mən atəşkəsə, girovların azad edilməsinə, danışıqlar yolu ilə diplomatik həllə və beynəlxalq humanitar hüquqa tam riayət etməyə çağırışımı təzələyirəm. Hər kəsi sülh və ədalətin tez şəfəqinin açılması üçün mənim ürəkdən duama qoşulmağa dəvət edirəm".

Papanın bu sözləri meydana toplaşan minlərlə insan tərəfindən alqışlarla qarşılanıb.

Dünən Papa XIV Leo Qəzza zolağındakı Müqəddəs Ailə Kilsəsinin Ata Qabriel Romanelliyə zəng edərək bölgədə baş verən hadisələrdən narahatlığını bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2025