Mobil versiya
AZAL Azərbaycan və Qazaxıstan paytaxtlarını birləşdirəcək
Tarix: 13-01-2023 | Saat: 17:09
Bölmə:İqtisadiyyat | çapa göndər

AZAL Azərbaycan və Qazaxıstan paytaxtlarını birləşdirəcək

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Qazaxıstanın paytaxtı Astana şəhərinə reyslər açır.

Belə ki, martın 16-dan etibarən aviaşirkət Bakı-Astana-Bakı marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.

aia.az xəbər verir ki, bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Astana şəhərinə uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə isə çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Uçuşların tam cədvəli ilə aviaşirkətin www.azal.az rəsmi saytında tanış olmaq mümkündür. Aviabiletləri “Azərbaycan Hava Yolları”nın saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhstan.

Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.

Xatırladaq ki, martın 17-dən etibarən AZAL Bakıdan Qazaxıstanın daha bir böyük şəhəri, Almatıya (həftədə iki dəfə) reyslər yerinə yetirməyə başlayır. Hazırda isə AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə (həftədə üç dəfə) uçuşlar həyata keçirir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024