“Media Menecmenti” təlim proqramının bağlanış mərasimi keçirildi
Tarix: 29-12-2022 | Saat: 17:47
Bölmə:Media | çapa göndər
Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 3 moduldan ibarət olan “Media Menecmenti” təlim proqramının üçüncq modulu və bağlanış mərasimi keçirilib.
aia.az xəbər verir ki, “Audiovizual media menecmenti” mövzusunda keçirilən üçüncü modulda Litva Baş nazirinin mədəniyyət üzrə ictimai müşaviri Ornela Ramasauskaite çıxış edib.
O iştirakçılara “Audiovizual mediada tendensiyalar, istehlakçılar və texnoloji yeniliklər”, “Audiovizual media subyektlərinin idarə olunması: Ənənəvi və müasir dövrdə üsullar və alətlər”, “Effektiv proqram siyasətinin qurulması” və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.
Daha sonra “Media Menecmenti” təlim proqramının bağlanış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərin yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə təlimlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib:
"Bu tədbirə əslində təlim yox, təcrübə, fikir mübadiləsi də deyə bilərik. Proqramın əsas məqsədi ənənəvi və rəqəmsal media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına, jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsinə, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verilməsi olub. Bu cür tədbirlər davamlı olacaq".
Qeyd edək ki, dörd gün davam edən təlim proqramında 60-dan çox media meneceri iştirak edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024