Mobil versiya
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib -Fotolar
Tarix: 26-12-2022 | Saat: 09:55
Bölmə:Gündəm | çapa göndər

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

Nizami rayonu 24 saylı 1-ci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

aia.az xəbər verir ki, qəbul zamanı millət vəkili vətəndaşları fərdi və onlayn formatda dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.

Deputat qərargahından verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların işlə təmin olunması, şəhid ailəsinin üzləşdiyi problemlə bağlı yardım göstərilməsi, kitab təqdimatının keçirilməsinə köməklik göstərilməsi, binanın dam örtüyünün təmir olunması və s. bu kimi məsələlər başlıca yer almışdır.​

Qəbulun sonunda deputat K. Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaq, məsələlərin həlli istiqamətində lazımi addımlar atılacaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025