Mobil versiya
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yeni loqosu təqdim edilib - VİDEO
Tarix: 23-12-2022 | Saat: 12:38
Bölmə:Gündəm | çapa göndər

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yeni loqosu təqdim edilib -

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) yeni loqosu təqdim edilib.

Loqo konsentrik çevrələr və yarımçevrələr üzərində yerləşən külək turbini təsvirindən ibarətdir. Çevrələr enerjinin yayılmasını, külək turbini isə “yaşıl enerji” növlərindən biri hesab olunan külək enerjisini tərənnüm edir. Yenilənməyin rəmzi olan çevrənin sonu və başlanğıcı olmadığı kimi, bərpa olunan enerji də tükənməzdir, daim yenilənir və təbiətdəki balansı qoruyur.

Loqonun əsas rəngləri qara və yaşıldır. Qara rəng gücü, yaşıl rəng isə ekoloji təmiz bərpa olunan enerjini əks etdirir.




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-03-2025