Mobil versiya
Türkiyənin Azərbaycandakı sabiq səfiri öz istəyi ilə Respublika Ağsaqqallar Şurasında qəbul edilib
Tarix: 22-12-2022 | Saat: 15:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Türkiyənin Azərbaycandakı sabiq səfiri öz istəyi ilə Respublika Ağsaqqallar Şurasında qəbul edilib

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç öz istəyi ilə Respublika Ağsaqqallar Şurasında qəbul edilib.

Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və mətbuat katibi Rafiq Rzayev də iştirak edib.

Azərbaycanın dostu, sabiq səfir Hulusi Kılıçla görüşdən məmnun olduğunu bildirən Eldar Quliyev Şuranın fəaliyyəti barədə, o cümlədən Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzv ölkələrinə – qardaş Türkiyə başda olmaqla Türkmənistan, Özbəkistan və Qırğızıstanla davamlı inkişaf etdirilən sıx əməkdaşlıq və həyata keçirilən işgüzar səfərlər haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, məqsədimiz dövlətimizə, xalqımıza xidmət etmək, gənclərimizin maarifləndirilməsində, onların zərərli vərdişlərdən, xarici təsirlərdən uzaq sağlam təməllər üzərində yetişməsində yaxından iştirak etməkdir. Eldar Quliyev, həmçinin, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev ili” elan olunan 2023-cü ildə bir çox tədbirlərin, o cümlədən türk dövlətlərinin ağsaqqallarının da iştirakı ilə böyük bir konfransın keçiriləcəyini bildirib. Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasındakı yaxın dostluq və qardaşlıq münasibətlərindən də söz açaraq, ölkələrimizin gündən-günə artan birgə fəaliyyət perspektivlərindən bəhs edib.

Səmimi şəraitdə keçən görüş və söhbət zamanı Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov da uzun illər dostluq münasibətlərinin olduğu Hulusi Kılıçın xalqımız və dövlətimiz tərəfindən sevildiyini bildirərək, gələcəkdə onunla birgə çalışmaqdan məmnun olduqlarını ifadə edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də Türkiyənin ölkəmizdəki sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçın fəaliyyətini yüksək qiymətləndirdiyini və onu “Dostluq” ordeni ilə təltif etdiyini xatırladıb.

Sabiq səfir səmimi qəbula görə öz təşəkkürünü ifadə edərək, iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən danışıb. Azərbaycanı özünə doğma vətən hesab etdiyini bildirən Hulusi Kılıç qürurla “mən hər bir azərbaycanlıdan daha çox azərbaycanlıyam” deyərək ölkəmizlə bağlı xoş təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb. O, söhbət zamanı Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası tərəfindən Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizdə ağsaqqalları təmsil edən yeganə legitim təşkilat kimi tanındığını və qəbul edildiyini bir daha vurğulayıb. Əlavə edib ki, o özü də bundan sonra böyük məmnuniyyətlə Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində yaxından iştirak edəcəkdir.

Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə ön söz müəllifi olduğu “Zəfərin zərif gücü Mehriban Əliyeva” kitabını hədiyyə edən Hulusi Kılıç Şurada yaradılan işgüzar şəraitlə tanış olub.
Sonda xatirə şəkli çəkdirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025