Mobil versiya
Sülhməramlılardan birinin ailə üzvləri Xankəndidən Laçına keçib
Tarix: 19-12-2022 | Saat: 09:21
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sülhməramlılardan birinin ailə üzvləri Xankəndidən Laçına keçib

Səhər saatlarında rus sülhməramlılarından birinin ailə üzvləri avtomobillə Xankəndidən Laçın istiqamətinə hərəkət ediblər.

aia.az aksiya içtirakçılarına istinadla xəbər verir ki, etirazçılar sülhməramlıların keçməsi üçün hər cür şərait yaradıblar.

Bu, bir daha göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Etirazçılar bəyan edirlər ki, bütün mülki ermənilərin, o cümlədən dinc ermənilərin - qocaların, qadınların və uşaqların keçidi üçün bərabər şərait yarada bilərlər.

Təəssüflər olsun ki, Ruben Vardanyan onları buraxmır, bura gəlməsinə mane olur və bilərəkdən saxta məlumatlar yayır ki, guya Azərbaycan tərəfi dinc əhaliyə qarşı humanitar böhran yaradır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-03-2025