Elşad Vəliyev : “Ulu Öndər Heydər Əliyevin sovet dönəmində həyata keçirdiyi genişmiqyaslı islahatlar gələcək müstəqilliymiz üçün əsaslı zəmin hazırladı”
Tarix: 11-12-2022 | Saat: 11:00
Bölmə:Gündəm / Özəl | çapa göndər
“Dünyanın dövlətlərinin siyasət tarixi də təsdiq edir ki, bir dövlət xadimində həm milli, həm də siyasi liderlik keyfiyyətlərinin birləşməsi nadir hallarda rast gəlinən fenomendir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü hər zaman məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Azərbaycan xalqının ümummilli lideri güclü xarizmatik şəxsiyyət, mahir siyasətçi və dünya səviyyəli dövlət xadimi idi. Heydər Əliyevin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasi və diplomatik keyfiyyətlərində, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Bu gün müşahidə olunan Azərbaycan reallıqları ümummilli liderimizin nə dərəcədə haqlı olduğunu bir daha sübut edir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Xətai Bələdiyyəsinin sədiri, Yeni Azərbaycan Partiyasının üzvü Elşad Vəliyev deyib.
Müstəqil Azərbaycanın buğünkü uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin hələ sovet dönəmində respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü işlərin durduğunu vurğulayan
Elşad Vəliyev , 1970-80-ci illərin ölkəmizin inkişaf tarixində ən önəmli mərhələlərdən biri olduğunu qeyd edib: “1969-cu ildə Heydər Əliyevin respublikada hakimiyyətə gəlişi ilə Azərbaycanda iqtisadi inkişafa doğru ciddi dönüş əldə edildi, elmi və ədəbi-mədəni intibahın əsası qoyuldu. Məhz həmin dövrdən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliymizin təmin olunması üçün əsaslı zəmin hazırladı. Beləliklə, hələ sovet dönəmində Azərbaycanda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran Ulu Öndər əlverişli sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradaraq, bu möhkəm bünövrə üzərində xalqın illər sonra azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etdi. Birmənalı olaraq vurğulamaq lazımdır ki, məhz 1969-1982-ci illər respublikamızda ictimai-siyasi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklərin miqyasına görə Azərbaycanın inkişaf və quruculuq tarixinin ən dolğun və əhəmiyyətli dövrünü təşkil edir.”
Daha sonra müsahibimiz vacib hərəkətverici qüvvələrdən biri kimi müstəqillik ideyasının əsasında duran milli ideologiya amilinin əhəmiyyətindən bəhs edərək bunları deyib: “Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın atributu deyi, həm də dövlət quruculuğu prosesinin mühüm hərəkətverici qüvvəsi hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə ən yüksək dəyəri verən Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik.” Sözsüz ki, sovetlər dönəmində müttəfiq respublikaların hər hansı birində milli-mənəvi dəyərlərin vurğulanması, bu və ya digər xalqın milli və dini mənsubiyyəti, tarixi irsi mövzularında araşdırmaların aparılması, xüsusən də bu əsaslar üzərində ideoloji siyasətin qurulması böyük risk və təhlükələrlə bağlı idi. Lakin Ulu Öndər öz xalqının mənafelərini hər zaman bütün təhlükələrdən üstün tuturdu. Həmin dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu.”
Həmçinin Elşad Vəliyev qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi Ulu Öndərin xilaskarlıq missiyasının tərkib elementi idi: “Uzun illər sonra aparılan tarixi təhli və araşdırmalar da bir daha sübut edir ki, ümummilli liderimizin respublikamızda ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın bir dövlət kimi məhvinin qarşısını almağın yeganə mümkün yolu, xalqın öz müstəqilliyini qoruyub-saxlaya bilməsi üçün yeganə şans idi. Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da Azərbaycan xalqını qurtuluşa aparan yolda ilk və ən önəmli addım atıldı. Ulu Öndər ilk növbədə respublikamızda ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apararaq, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirdi. Az sonra Azərbaycanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi, cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar olundu. Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrildi. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Məhz ümummilli liderimizin müdrik rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı hər zaman əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərarı verəcəkdir. Məhz bu inam və etimad üzərində formalaşmış xalq-iqtidar birliyi ölkəmizin bugünkü uğurlarının əsas təminatçısıdır.”
Sonda Elşad Vəliyev Azərbaycan xalqının və dövlətinin Ulu Öndərin siyasi mirasına hər zaman sadiq olduğunu vurğulayıb: “Bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla inkişaf və davam etdirilir. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycanın 44 gün ərzində apardığı və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər əldə etdiyi II Qarabağ savaşının nəticələri də ölkəmizdə Heydər Əliyev siyasi xəttinin alternativsizliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Məlum olduğu kimi, 2023-cü il möhtərəm dövlət başçımızın müvafiq sərəncamı ilə ölkəmizdə Heydər Əliyev İli elan edilib. Son dərəcə qürurverici bir haldır ki, xalqımız öz ümummilli liderinin 100-cü doğum gününü qalib ölkənin qalib xalqı kimi qeyd edəcək. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq”, – deyə Elşad Vəliyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024