Kollecdə “Şuşa ili”nə "Şuşanın görkəmli şəxsiyyətləri" ilə yekun vuruldu -Fotolar
Tarix: 09-12-2022 | Saat: 15:53
Bölmə:Özəl | çapa göndər
Dekabr ayının 8-də UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Təhsil Nazirinin “Şuşa ili” ilə bağlı təsdiq etdiyi tədbirlər Planına uyğun olaraq "Şuşanın görkəmli şəxsiyyətləri" silsiləsindən Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Yusif Y.V.Çəmənzəminlinin nəvəsi,professor Leyla Vəzirova və yazıçı, şair Kərim Kərimli qonaq qismində iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Kollecin Sosial və Humanitar işlər üzrə direktor müavini Zaur Vəliyev qeyd etdi ki, Y.V.Çəmənzəminli XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan görkəmli alim, yazıçı, ictimai-siyasi xadim olmuşdur.
Sonra Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx təqdim olundu. Videoçarxda yazıçı haqqında geniş məlumat yer almışdır.
Leyla Vəzirova babası ilə bağlı xatirələrini bölüşərək bildirdi ki, XX əsr ədəbi-bədii fikrimizin yeni səviyyəyə qalxmasında və yeni bir mərhələyə daxil olmasında böyük xidmətləri olan ən böyük azərbaycanlıdır.
Yazıçı Kərim Kərimli çıxışında qeyd etdi ki, Şuşa işğaldan azad ediləndən az sonra Prezident belə bir bəyanat vermişdi: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”. Bu, özlüyündə böyük addım, ciddi bir bəyanat idi.
Dekabrın 6-da dövlət başçısı olduqca əhəmiyyətli digər bir sənədə imza atdı– “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı” ilə əlaqədar Sərəncam imzaladı. Bundan sonra Şuşa ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ayrıca bir xətt təşkil edəcək və Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı kimi bütövlükdə dünyanın gündəmində və gündəliyində xüsusi yerini həmişə qoruyacaq. Şuşanın işğaldan azad edildiyi gün Azərbaycan mədəniyyətinin xüsusi intibah dövrünə, çiçəklənmə əsrinə qədəm qoyduğu bir gün kimi qeyd ediləcək, yaddaşlara həkk olunacaq. Azərbaycana 300 ziyalı, görkəmli şəxsiyyət, musiqici və bəstəkar bəxş etmiş Şuşa illərlə qəlblərdə yaşayacaq.
Tədbirdə tələbələr ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Sonda Kollecin direktoru p.e.d Vidadi Orucov qeyd etdi ki, özündən sonra çox zəngin ədəbi irs qoyub getmiş Yusif Vəzir Çəmənzəminlinin əsərləri tədqiq və təbliğə layiq bir xəzinədir. Onun Azərbaycan folkloruna, ədəbiyyat tarixinə dair dərin elmi fikirləri və nəzəri tədqiqatları bu gün də böyük əhəmiyyətə malikdir və öz aktuallığı ilə seçilən tarixi faktlar kimi qiymətləndirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024