Nişana çağırıb, toy etdilər
Tarix: 09-12-2022 | Saat: 11:57
Bölmə:Şou-biznes | çapa göndər
ABŞ-ın Nyu-York şəhərindən olan mehriban cütlük toylarına hazırlaşdıqları stressdən xilas olmaq qərarına gəliblər və qonaqlara sürpriz edərək nişan məclisində evləniblər.
Milli.Az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.
28 yaşlı Viktoriya və sevgilisi Corc Kertis 2020-ci ilin yanvarında görüşməyə başlayıb. 2022-ci ilin fevral ayında sevgililər xizək sürməyə gediblər. Orada Corc sevgilisinin qarşısında diz üstə çökərək qızdan onunla evlənməsini istəyib.
Cütlük geniş miqyaslı toy təşkil etmək istəməyib, gizli şəkildə qaçmağı planlaşdırıb, amma yenə də ailənin sevincini onlarla bölüşməsini istəyib. Buna görə də, sevgililər nişan mərasimində, yalnız ən yaxın qohumlarının və dostlarının iştirakı ilə evlənməyə qərar veriblər.
Viktoriyanın anası Coan cütlüyün toy olacağını bilmədən şənliyi planlaşdırmağa kömək edib. "Yalnız iki dostum və Corcun bir dostu bunu edəcəyimizi bilirdi. Hamı şokda idi, valideynlərim isə ağlayırdılar", - Viktoriya bildirib.
Cütlük otelə 45 qonağı toplayıb, daha sonra onlara indi nikahlarının şahidi olacaqlarını bildiriblər. Amma 15 dəqiqədən sonra bəylə gəlin toy paltarını dəyişib evləniblər.
Yeni evlənənlər günün tam istədikləri kimi keçdiyini vurğulayıblar. Bundan əlavə, cütlük toyun təşkili ilə bağlı lazımsız stressdən qaça bilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024