Mobil versiya
Best Model of Azerbaijan 2022 - kreativ, moda, Azərbaycanda ən uzun podium
Tarix: 07-12-2022 | Saat: 17:59
Bölmə:Şou-biznes | çapa göndər

Best Model of Azerbaijan 2022 - kreativ, moda, Azərbaycanda ən uzun podium

Baku Crystal Hall-da bir sıra maraqlı məqamlarla yadda qalan Best Model of Azerbaijan 2022 finalı keçirilib.

Xüsusiyyətlərdən biri də finalın paytaxtın belə bir əhəmiyyətli yerində keçirilməsi idi, burada ölkədə gözəllik, model və defile müsabiqələrinin keçirilməsi tarixində ən uzun podium - 60 metr məsafədə inşa edildi! Finalda 14 oğlan və qız iştirak edib. Qonaqlara yalnız finalçıların çıxışları deyil, həm də kreativ musiqi nömrəsində, həmçinin münsiflər heyətinə daxil olan dizaynerlər Leyla Əhmədova və Kübra Nuriyevanın kolleksiyalarının nümayişində iştirakları təqdim edildi. Məşhur müğənnilər Samir Bağırov və Elvin Babazadə сoşqun çıxışları ilə fərqləniblər. Zalda nümayəndələri otuz nəfərlik böyük münsiflər heyətinə daxil olan sponsorlardan müxtəlif pavilyonlar təqdim edildi.

Səsvermədə yalnız münsiflər heyəti deyil, tamaşaçılar da iştirak etdilər. Münsiflər heyətində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, rəssam-modelyer, əməkdar İncəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcı və ictimai xadim Hacı Nuran Hüseynov, Best Model of the World 2021 qalibi Aydan Yaşıldağ və başqaları yer alıb. Agromix-in təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının və Azərbaycanda Qadın Sahibkarlığının Inkişafı Assosiasiyasının fəal üzvü Gülperi Bayramova Best Model of Azerbaijan 2022-nin reallaşmasına böyük töhfə verib. Axşam teleaparıcı Seyran Babayev və radio aparıcısı Aygün Akif tərəfindən aparılıb.

Best Model of Azerbaijan 2022 - nin milli direktoru Elxan Paşayev bildirib ki, layihənin əsas məqsədi modellərə karyera qurmaq, beynəlxalq podiumlarda Azərbaycanı layiqincə təmsil etmək imkanı verməkdir.

Türkiyədən 1955-ci ildən bəri Best Model of the World qurucusu və rəhbəri olan Erkan Özerman, model biznesinin inkişafında layihənin həyata keçirilməsinin vacibliyini qeyd etdi və iştirakçılara gələcək uğurlar arzuladı. Üstəlik, Elxan Paşayevin təşkilatçılıq qabiliyyətini vurğulayaraq, ona öz şəxsi saatını hədiyyə edib.

Beləliklə, Lisa Uzun və Natiq Xələfov Best Model of Azerbaijan qalib elan olundular və Azərbaycanı dekabrın 16-da İstanbulda 35-ci Best Model of the World-da qırxdan çox ölkəsinin nümayəndələrinin iştirakı ilə dünya finalında təmsil edəcək. 1st runner up Best Model of Azerbaijan 2022 - Səma Daşdəmirli və Ülvi Salahov, 2nd runner up Best Model of Azerbaijan 2022-Səbinə Süleymanova və Taleh Musayev. Finalçılar müxtəlif nominasiyalarda sponsorlar tərəfindən də seçiliblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə