Polimer Materialları İnstitutunda Elmi şuranın 2022-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan iclası keçirilib -Fotolar
Tarix: 07-12-2022 | Saat: 16:53
Bölmə:Özəl / Təhsil | çapa göndər
aia.az xəbər verir ki, 07 dekabr 2022-ci il tarixində Polimer Materialları İnstitutunda Elmi şuranın 2022-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan iclası keçirilib. İclasda AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi şurasının üzvü, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayev və Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdir müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov iştirak ediblər.
İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açıb. İnstitutun rəhbəri cari ildə institutda 2 problem, 4 mövzu, 18 iş və 24 mərhələ üzrə elmi-tədqiqat işlərinin yerinə yetirildiyini qeyd edib. O, il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri, nəşr olunan məqalələr, əldə olunan mühüm nəticələr, beynəlxalq və yerli qurumlarla əlaqələr, kadr potensialı haqqında ətraflı məlumat verib.
Bəxtiyar Məmmədov bildirib ki, hesabat ilində institutun əməkdaşlarının 61 elmi məqaləsi çap olunub. Onlardan 27-si “Web of Science” və “Scopus”, 10-u “РИНЦ” bazalarına daxil olan, 2-si yüksək impakt faktorlu jurnallarda dərc olunub. 2022-ci ildə institut əməkdaşlarının 2 kitabı nəşr edilib.
Cari ildə institutun əməkdaşları tərəfindən 4 patent alınıb, 3 ixtira səviyyəli iş hazırlanaraq Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə təqdim olunub, 5 patent haqqında isə müsbət rəy verilib.
“Yüksək bioloji fəallığa malik morfolin tərkibli polimetakrilatların alınması və tətbiq imkanları”, “Poliolefinlər və elastomer əsasında rezin xüsusiyyətinə malik elektrikkeçirici termoelastoplastik nanokompozitlərin yaradılması”, “Tsiklopropan tərkibli yeni metakrilat monomerlərinin sintezi ve onların radikal polimerləşməsi”, “Metal nanokompozitlərin yaradılması”, “Termiki davamlı polimer materialların yaradılması” və “PVX və N,N-dietilditiokarbamat əsasında termiki davamlı yüksək fiziki-mexaniki göstəricilərə malik kompozisiyaların alınması” problemləri üzrə 6 mühüm nəticə əldə edilib.
“Antibakterial polimer kompozitlərin alınması” mövzusunda laboratoriya texnoloji reqlamenti işlənib hazırlanıb.
Polimer Materialları İnstitutu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Dövlət Universiteti, “Metak MMC”, “XANİ” MMC, Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, AMEA-nın Gəncə Bölməsi, Mikrobiologiya İnstitutu, Radiasiya Problemləri İnstitutu, Geologiya və Geofizika İnstitutu arasında birgə elmi-tədqiqat işlərinin aparılması haqqında bağlanan müqavilələr üzrə tədqiqatlar aparılıb.
Azərbaycanda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində 31 may 2022-ci il tarixində Polimer Materialları İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin baş direktoru Dr. Bilal Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün davamı olaraq 2 qrant təklifi hazırlanaraq Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan olunan layihə müsabiqəsinə təqdim olunub.
Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində elan olunan Azərbaycan və Özbəkistanın universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsinə təqdim olunmaq üçün də 2 layihə hazırlanır.
Polimer Materialları İnstitutunun alimləri ölkəmizin ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edirlər. 1 alim Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əvəzləyici dosent vəzifəsində, 1 alim isə Azərbaycan Tibb Universitetində müəllim vəzifəsində (saat hesabı) çalışır.
Sumqayıt Dövlət Universitetinin Kimya və Biologiya fakültəsinin 65, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin 45 tələbəsi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2 magistrantı, Bakı Biznes və Kooperasiya Kollecinin 1 tələbəsi istehsalat təcrübəsi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universitetinin 2 əməkdaşı isə staj keçiblər.
İnstitutun alimləri Rusiya Federasiyası, Bolqarıstan, Başqırdıstan, Belarus, Gürcüstan, Özbəkistan və Türkiyənin elmi müəssisələri ilə əməkdaşlıq edirlər.
2022-ci ildə Polimer Materialları İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.28 Dissertasiya şurasında 2304.01- “Makromolekullar kimyası” və 2318.01-“Kompozit materialların kimyası və texnologiyası” ixtisasları üzrə 5 müdafiə keçirilib. İnstitut əməkdaşlarından 2 nəfər fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib, 2 nəfər diplomunu alıb, 2 əməkdaşa dosent elmi adı verilib.
İnstitutda hazırda 1 doktorant və 6 magistrant təhsil alır. 11 dissertant (fəlsəfə doktorluğu hazırlığı üzrə - 5, elmlər doktoru hazırlığı üzrə - 6) dissertasiya işləri üzərində işləyir.
Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının elmi işçisi Türkan Quliyeva Sumqayıt Şəhər İcra Hakimyyətinin başçısı Zakir Fərəcovun 02 fevral 2022-ci il tarixli 45 nömrəli Sərəncamına əsasən “İlin gənc elmi işçisi” nominasiyası üzrə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva AMEA-nın Rəyasət Heyətinin 01 aprel 2022-ci il tarixli qərarı ilə elmi və elmi-təşkilati fəaliyyətində fərqləndiyinə görə 27 mart – “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanları ilə təltif ediliblər.
Daha sonra institutun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, Heterotsiklik monomerlər laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova, Biomimetik polimer materiallar laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Sevil Maşayeva, Elmi-texniki informasiya və telekommunikasiya şöbəsinin müdiri Dilbər Nurullayeva və Patent tədqiqatları və innovasiya şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Gülnarə Qasımova laboratoriya və şöbələrdə aparılan elmi-tədqiqatlar, alınan nəticələr və mövcud problemlərdən danışıblar. Görülən işlər üzrə geniş müzakirələr aparılaraq təklif və iradlar eşidilib. Təqdim olunan hesabatlar Elmi şura tərəfindən səs çoxluğu ilə qəbul edilib.
Sonda AMEA-nın müxbir üzvü İslam Mustafayev və fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov çıxış edərək təqdim olunan hesabatı yüksək qiymətləndiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
10:16 Azərbaycanda matəmdir
25-12-2024