Mobil versiya
“RAUF HACIYEV-100” Musiqi Festivali - VİDEO
Tarix: 07-12-2022 | Saat: 14:57
Bölmə:Təhsil | çapa göndər

“RAUF HACIYEV-100” Musiqi Festivali - VİDEO

Görkəmli Azərbaycan bəstəkarı və ictimai xadimi Rauf Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında keçirilən "Rauf Hacıyev-100" Musiqi Festivalı davam edir. Festival çərçivəsində Heydər Əliyev Sarayında "Bu həyat qədər" adlı Estrada-caz musiqi axşamı keçirildi.

"Bu həyat qədər" musiqi axşamının başlıca konsepti - R.Hacıyevin ən məşhur mahnı və instrumental şedevrlərinin klassik və müasir üslubda ifaları, bu gözəl, misilsiz əsərlərin orkestr və solistlər, klassik müğənni və müasir caz-estrada qrupları tərəfindən səsləndirilən fərqli ifa təfsirlərinin dinləyicilərə çatdırılması idi. Konsertin rejissoru - Əməkdar incəsənət xadimi Ülviyyə Könül də zəngin işlənmiş video-tərtibat ilə, retro və müasir foto-slaydlar ilə konsertin məzmunlu və maraqlı keçməsində öz rolunu oynadı.


"Bu həyat qədər" konserti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Sarayının, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi ilə baş tutdu. Tədbirdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, "Qaya" Dövlət Ansamblı, Xalq artistləri Salman Qəmbərov, Azər Zeynalov, Əməkdar artistlər Afaq Abbasova, Zaur Əmiraslanov, Nərgiz Kərimova, xalq-estrada müğənniləri Fəxri Kazım Nicat, Bəyimxanım Vəliyeva, İsfar Sarabski, S.Qəmbərovun "Bakustik Caz" triosu, gənc caz ifaçıları və heyətləri - Səbinə Hacıyeva, "H3 Collective", Diana Hacıyeva, "Ahmedovski Trio" rok qrupu və müğənni-aktyor Vüsal Rzasoy, pop müğənni İlhamə Qasımova iştirak etdilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024