Mobil versiya
Təranə həbs edilən həyat yoldaşından yazdı
Tarix: 07-12-2022 | Saat: 11:38
Bölmə:Şou-biznes | çapa göndər

Təranə həbs edilən həyat yoldaşından yazdı

"Ata, biz sənin üçün necə darıxırıq, övladlarının hamısı... Allah özü qorusun bizi, heç bir valideynin, övladın gözü yaşlı qalmasın".

aia.az xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova sosial şəbəkədə yazıb. O, həbs edilən həyat yoldaşı Rasim Həsənovla bağlı paylaşım edib və bunları yazıb:

"Allah haqqı nahaqqa möhtac qoymasın. Hər açılan sabahın bir kəraməti var. İnşallah, bu gün də xeyirli günlərdən olar. Sonda hər şey yaxşı bitir, hər şey yaxşı deyilsə, deməli son deyil. Allah səni bizə tez qovuşdursun.

Məcburam güclü olmağa. Amma arada elə istəyirəm ki, düyməni basıb, yatmaq rejiminə keçim".

Qeyd edək ki, DİN-in Mətbuat xidməti məlumat yayaraq Rasim Həsənovun həbs edildiyi haqda xəbər yayıb. O, instaqramda tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edib. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2024