Mobil versiya
Samir Şərifov Qazaxıstanda Norbert Funke ilə görüşdü
Tarix: 05-12-2022 | Saat: 17:52
Bölmə:İqtisadiyyat | çapa göndər

Samir Şərifov Qazaxıstanda Norbert Funke ilə görüşdü

Dekabrın 5-də maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Qazaxıstanda yerləşən Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke ilə görüşüb.

aia.az xəbər verir ki, görüşdə Mərkəz tərəfindən Azərbaycanda həyata keçirilən texniki yardım layihələrinin, o cümlədən fiskal risklərin idarə olunması, makrofiskal proqnozlaşdırma və modelləşdirmə, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə texniki yardım layihələrinin icra vəziyyəti diqqət mərkəzində olub.

Tərəflər həmçinin, BVF ilə mövcud əlaqələrinin hazırki vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024