Meksika bankları müştərilərinin aylıq 15000 pesodan çox nağd pul depozitləri barədə vergi qurumlarına məlumat verməli olacaqlar
Tarix: 30-11-2022 | Saat: 11:07
Bölmə:Özəl / İqtisadiyyat | çapa göndər
Meksikanın Maliyyə və Dövlət Kredit Nazirliyinin sərəncamına əsasən ölkə bankları bundan sonra hər ay Vergi İdarəsi Xidmətinə fiziki şəxslərin hesablarına yatırılan ayda 15 min pesodan çox nağd pul depozitləri barədə məlumat verməlidirlər. Bu sərəncam Federasiyanın Rəsmi Qəzetində noyabrın 16-da dərc edilmişdir.
aia.az xəbər verir ki, Meksika banklarından əvvəllər də fiziki şəxslərin hesablarına ayda 15 min pesodan çox məbləğdə nağd pul qoyuluşu barədə vergi orqanlarına məlumat vermələri tələb olunurdu. Sadəcə olaraq 2022-ci ilə qədər bunu ildə bir dəfə etmək lazım idisə, 2022-ci ilin əvvəlindən bu prosedur artıq hər ay təkrarlanmalıdır. Lakin ötürülən məlumatın formatı müəyyən edilmədiyi üçün banklar çox vaxt bu tələbə məhəl qoymurdular. Maliyyə Nazirliyinin yeni təlimatlarında isə bankların vergi orqanlarına necə, nə vaxt və hansı formatda məlumat verməli olduqları dəqiq müəyyən edilib. 30 noyabr 2022-ci il tarixindən etibarən banklar artıq hər növbəti ayın 10-na kimi hesabat verməyə başlamalıdırlar.
Elman Hüseynov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024