Şabranda Ağalıq kanalı beton üzlüyə alınır. -Fotolar
Tarix: 28-11-2022 | Saat: 10:53
Bölmə:İqtisadiyyat | çapa göndər
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov aia.az-a bildirib ki, Şabran rayonunda yaz-yay suvarma mövsümu uğurla başa çatıb. Rayon Suvarma Sistemləri İdarəsi əməkdaşlarının əvvəlcədən gördüyü meliorativ tədbirlər nəticəsində suvarma mövsümündə təsərrüfat sahibləri vaxtında suvarma suyu ilə təmin edilib. Hazırda Şabranda növbəti suvarma mövsümünə hazırlıq işlərinə start verilib. Bu məqsədlə torpaq məcralı Ağalıq kanalı beton üzlüyə alınır. Sözügedən kanal vasitəsi ilə min hektardan artıq sahəsinin suvarılması daha da yaxşılaşacaq.
Şabran Suvarma Sistemləri İdarəsi əməkdaşları tərəfindən eyni zamanda növbəti mövsümdə sahələrin vaxtında suvarılmasını düzgün təşkil etmək məqsədilə torpaq kanallar lil və kol-kosdan təmizlənir. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır. Kanalların təmizlənməsi işlərinə 15 ədəd ağır texnika cəlb olunub.
Hazırda Şabranda 27 min hektar əkinəyararlı torpağı suvarmaq üçün 764 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Son illər rayonda 100 km-dən artıq torpaq kanal beton kanalla əvəz edilib. Qeyd edək ki, 2019-cu ildə aparılan melorativ tədbirlərdən sonra Şabranda 9 min hektar sahə əkin dövriyəsinə cəlb olunub. Əkinə yeni cəlb edilən sahələrin suvarılması məqsədi ilə ərazidə yeni qapalı sistem yaradılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024