Mobil versiya
Laçının doğma sahiblərinə qayıtması.
Tarix: 27-11-2022 | Saat: 16:14
Bölmə:Cəmiyyət | çapa göndər

Laçının doğma sahiblərinə qayıtması.

Ermənistan dövlətinin Azərbaycan Respublikasına apardığı qeyri-qanuni hərbi təcavüz nəticəsində 20% torpaqlarımız işğal edilmiş, minlərlə insan öz yurd-yuvasından didərgin düşmüşdür. 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edilmişdir.Hal-hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.Ermənistanın2020-ci ildə yenidən işğal məqsədi ilə atəşkəsi pozması isə bardağı daşıran son damla oldu.Daha əvvəlki Aprel ve Tovuz döyüşlərində Azərbaycan Ordusunun gücünə bələd olan Ermənistan tərəfi bu dəfə də her şeyin yarımçıq qalacağını düşündü.27 sentyabr 2020-ci ildə əks hücuma başlayan Ordumuzun ilk gündən başlayaraq azad etdikləri kəndlər əslində Zəfərin müjdəsi idi. Bu müharibənin qısa və az itki ilə sonlanmasına görə vətən müharibəsində canı və qanı bahasına səfərbər olan, etdiyi qəhrəmanlıqlarla dastan yazan Azərbaycan oğullarına borcluyuq. Bu günlərdə bütün Azərbaycan xalqı və dünya azərbaycanlılarının qəlbi eyni ümid işığı ilə döyünür və duaları eyni səmaya ucalırdı.Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonumuzu – Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi və buda Ermənistan tərəfinin məğlub olaraq ,kapitulasiya aktını imzalamağa məcbur etdi .Noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonu bir güllə atilamdan Azərbaycana təhvil verilidi.Dekabrının 1 bəyanətə əsasən Laçın rayonu işğaldan azad edildi.Laçının alınması ilə bütün ərazilərimizin azad edilməsi başa çatdı. 30 ilə yaxın dövrdə bu torpaqlar erməni vandalizminə məruz qalmışdır. Muharibdən sonra azad edilmiş ərazilərdə lentə alınmış görüntülər buna bariz nümunə idi.Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə yenidən qurma işləri gedir ve şəhidlərimizin,qazilerimizin,ordumuzun qanı bahasına alınmış Qarabağ tezliklə cənnətə çevriləcək.

XƏLİLOVA SƏRVİNAZ,
AZƏRBAYCAN DÖVLƏT PEDEQOJİ UNİVERSİTETİ.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024