Mobil versiya
Rövşən Qayayev: Düşmənə göz dağı olan Kəlbəcər
Tarix: 26-11-2022 | Saat: 09:42
Bölmə:Ölkə | çapa göndər

Rövşən Qayayev:  Düşmənə göz dağı olan Kəlbəcər

Xalqınız uzun illər işğala məruz qalan torpaqlarının azad olunacağı günü səbirsizliklə gözləyirdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və doğma Qarabağımızdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Ağdamı, 25-də Kəlbəcəri, dekabrın 1-də isə Laçın rayonunu siyasi - diplomatik yolla nəzarəti altına keçirdi. Kəlbəcər rayonu da digər iki rayonumuz kimi Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi - siyasi yolun davamı olaraq bir güllə atılmadan azad olundu və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik müstəvidə də qalib olmasının göstəricisidir və Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
Hər zaman sülhsevər siyasət aparan Möhrərəm Prezidentimiz İlham Əliyev cənabları deyirdi: “Mən ilk günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi, siyasi yollarla tapmalıdır. Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram. O, artıq cəzasını alıb. Halbuki o vaxt o, 7 şərti bizə irəli sürəndə demişəm: Mənim bir şərtim var, - sənin yeddi şərtini zibil yeşiyinə atıram, - rədd ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get. Əgər qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi. Müharibənin nəticələri də mən deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı.”
Prezident cənab İlham Əliyev iki dəfə Kəlbəcər rayonunda səfərdə olmuş, ölkə başçısı 2021-ci il avqustun 16-da ilk səfəri zamanı Kəlbəcərdə Azərbaycan bayrağını ucaltmış və Toğanalı - Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoymuşdur. Bundan əlavə, Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli də qoyulmuşdur. Səfər zamanı “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olmuş, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilmişdir. Cari ilin 26 iyun tarində Kəlbəcərə ikinci səfəri zamanı isə Prezident cənab İlham Əliyev xeyli sayda təməlqoyma və açılış mərasimlərində işrirak etmiş, həmçinin görülən işlərin gedişatı və şəhərin Baş planı ilə tanış olmuşdur.
İşğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi Kəlbəcər rayonunda da müxtəlif təyinatlı infrastruktur layihələri reallaşdırılır, geniş miqyaslı tikinti - quruculuq işləri uğurla həyata keçirilir. Kəlbəcər rayonunda icra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi - nəzərdən böyük əhəmiyyətə malikdir. Bütün bunlardan əlavə, 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir. Bu isə o deməkdir ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərmizdə genişmiqyaslı bərpa - quruluq işləri ilə yanaşı ordu quruculuğu prosesi də sürətlə inkişaf etdirilir.
Kəlbəcər zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Relyefi dağlıq olan rayon ərazisi faydalı qazıntılarla zəngindir. Burada qızıl, günüş, civə və s. kimi qiymətli metal yataqları var. Rayonun gözəl təbiəti, əlverişli relyefi, saf dağ iqlimi, zəngin mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafını şərtləndirir. Kəlbəcər rayonu həm də turistlərdə maraq yaradacaq bir çox tarixi abidələrlə zəngindir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib.
Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Rayon ərazisi nəinki yay turizminin, eləcə də qış turizminin də inkişafı üçün böyük potensiala malikdir. Rayonda infrastrukturun yaradılması, otel və digər turizm mərkəzlərinin qurulması yerli turistlərlə yanaşı, xarici ölkələrdən turistlərin buraya cəlb edilməsinə şərait yaradacaq, tezliklə digər işğaldan azad olunmuş ərazilərimiz kimi Kəlbəcər də dünyanın ən dilbər guşələrindən birinə çevriləcək və necə deyərlər, düşmənə göz dağı olacaqdır.

Rövşən Qayayev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-02-2023