Mobil versiya
Anar Nəbiyev: Kəlbəcərin işğaldan azad edilməsi həm hərbi, həm də diplomatik Qələbəmizin göstəricisidir
Tarix: 25-11-2022 | Saat: 17:57
Bölmə:Cəmiyyət | çapa göndər

Anar Nəbiyev: Kəlbəcərin işğaldan azad edilməsi həm hərbi, həm də diplomatik Qələbəmizin göstəricisidir

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatı oldu. Ötən dövr ərzində Azərbaycan bütün sahələrdə gücləndi, Ordumuz Qələbəyə hazırlandı, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. 44 günlük İkinci Qarabağ müharibəsində bütün bu amillərin vəhdəti sayəsində tarixi Zəfərə imza atdıq. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapan müddəalarda Kəlbəcərin, Ağdamın və Laçının boşaldılması ilə bağlı vaxt öz əksini tapmışdı. Ermənilərin Kəlbəcəri 15 noyabr 2020-ci ildə boşaltması sənəddə qeyd edilsə də, əlavə vaxt istədikləri üçün dövlətimiz humanistlik göstərərək 10 gün vaxtı uzatdı. Ermənilərin Kəlbəcəri boşaldan zaman törətdikləri vəhşiliklər dünyanın gözü qarşısında baş verdi. Dünya dövlətləri sussalar da, bu vəhşiliklərin fonunda Azərbaycanın bu illər ərzində necə vəhşi ilə üz-üzə olduğunun şahidinə çevrildilər. Belə ki, ermənilər apara bildiklərini apardılar, apara bilmədiklərini yandırdılar, ekoloji terror törətdilər. 
Torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edərkən onların işğal olunduqları tarixi, erməni vəhşiliklərini yada salmaya bilmərik. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. Statistik rəqəmlərə diqqət yetirək. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 60 min kəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.
Tarixi Zəfərimizdən sonra Kəlbəcərə səfəri zamanı Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məqamı xüsusi diqqətə çatdırdı ki, baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar: “Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev digər işğaldan azad edilmiş torpaqlarımız kimi, Kəlbəcərə də səfərləri zamanı böyük qürur hissi ilə qeyd edir ki, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq. Biz bu gün buradayıq, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və bundan sonra burada əbədi yaşayacağıq.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-02-2023