Mobil versiya
BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsi.
Tarix: 24-11-2022 | Saat: 11:41
Bölmə:Cəmiyyət | çapa göndər

BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsi.

Qarabağ müharibəsi 1980-ci ilin sonlarından 1994-cü ilin mayına qədər, Azərbaycanın cənub-qərbindəki Dağlıq Qarabağın bölgəsində, Ermənistan və Azərbaycan arasında baş vermiş etnik-ərazi münaqişəsidir. Müharibə irəlilədikcə, keçmiş sovet respublikaları olan Ermənistan və Azərbaycan Qarabağın dağlıq yüksəkliklərində uzun müddət davam edən, elan edilməmiş bir müharibəyə girib, Dağlıq Qarabağdakı separatçı hərəkatı ləğv etməyə çalışdı.
1992-ci ilə qədər bu iki ölkə arasında tam miqyaslı bir müharibə vəziyyəti vardı. Qış yaxınlaşdıqca, hər iki tərəf əsasən qaz və elektrik kimi resursların yerli istifadəyə qorunması üçün geniş miqyaslı hücumların başlamasından çəkinməmişdir. Qarabağda yaşayan sakinlər üçün iqtisadi yolun açılmasına baxmayaraq, həm Ermənistan, həm də Azərbaycan tərəfindən qoyulan iqtisadi blokadalar səbəbindən yol böyük zərər gördü.1992-1993-cü ilin qış ayları xüsusilə soyuq keçdi, çünki Ermənistan və Qarabağda bir çox ailələr istilik və isti su olmadan yaşamaq məcburiyyətində qaldılar.1993-cü ilin yazında erməni qüvvələri əvvəlki illərdən etibarən azərbaycanlıların tutduğu Qarabağın şimalında yerləşən kəndlərə yönəlmiş yeni hücumlara başladılar.Bu hərbi məğlubiyyətlər Azərbaycanın daxili cəbhəsində məyusluqlar yaratdı. Ermənistan isə siyasi tərəddüd və prezident Levon Ter-Petrosyana qarşı artan etirazlarla üz-üzə qaldı. Ermənistanla Azərbaycan arasındakı əlaqələrin pisləşməsinə və döyüşlərin daha da artmasına və bölgədəki humanitar vəziyyətin pisləşməsinə narahatlıq göstərdikdən sonra, şura Dağlıq Qarabağın yaxınlığında Kəlbəcər rayonundakı erməni işğalçı qüvvələrinin təcili olaraq hərbi əməliyyatları dayandırmasını tələb edib.Ona görə də 822 saylı qətnaməsi imzalandı.30 aprel 1993-cü ildə yekdilliklə qəbul edilmiş BMT qətnaməsi. Ermənistanla Azərbaycan arasındakı əlaqələrin pisləşməsinə və döyüşlərin daha da artmasına və bölgədəki humanitar vəziyyətin pisləşməsinə narahatlıq göstərdikdən sonra, şura Dağlıq Qarabağın yaxınlığında Kəlbəcər rayonundakı erməni işğalçı qüvvələrinin təcili olaraq hərbi əməliyyatları dayandırmasını tələb edib.Qətnamənin məzmunu:
Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurasının sədrinin 29 yanvar 1993-cü və 6 aprel 1993-cü il tarixli
Dağlıq Qarabağ haqqında olan bəyanatlarına istinad edərək; Baş Katibin 15 aprel 1993-cü il tarixli məruzəsini
nəzərə alaraq; Azərbaycan Respublikası və Ermənistan Respublikası əlaqələrinin pozulmasına görə öz ciddi
narahatlığını bildirərək; hərbi silahlı əməliyyatların qızışdırmasını və o cümlədən yerli erməni qüvvələrinin
Kəlbəcər rayonuna soxulması ilə əlaqədar narahatlığını qeyd edərək; bu vəziyyətin sülh və sabitliyə təhlükə
yaranması, mülki əhalinin kütləvi yerdəyişməsi, regionda, o cümlədən Kəlbəcər rayonunda fövqəladə
humanitar vəziyyətilə əlaqədar öz ciddi narahatlığını bildirərək; bu regionda olan bütün dövlətlərin ərazi
bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün silahlı qüvvələrin istifadə etməyin
yolverilməzliyini bir daha təsdiq edərək; ATƏT çərçivəsində keçirilən sülh danışıqlarını dəstəklədiyini bəyan
edərək və hərbi əməliyyatların qızışdırılması, bunun ağır nəticələrə gətirib çıxaracağı ilə bağlı narahatlığını
bildirərək:
1) Dayanaqlı atəşkəsin əldə olunması üçün bütün hərbi əməliyyatların və digər düşmənçilik aktlarının
hökmən dayandırılmasını, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın zəbt olunmuş rayonlarından
çıxarılmasını tələb edir;
2) Maraqlı tərəfləri münaqişəni ATƏT-in Minsk qrupu prosesinin çərçivəsində sülh yolu ilə həll etmək
üçün danışıqları bərpa etməyə və problemin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətə yol
verməkdən çəkinməyə çağırır;
3) Bu regionda həmçinin münaqişənin toxunulduğu rayonlarda mülki əhalinin əzab-əziyyətlərinin
azaldılması üçün aparılan humanitar yardımın göstərilməsinə əlaqədar olan beynəlxalq fəaliyyətin maneəsiz
keçməsini təmin edilməsinə çağırır və tərəflərin Beynəlxalq Humanitar Hüququn prinsiplərinə və normalarına
əməl olunmasının məcburiliyini təsdiq edir;
4) Baş Katibdən hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda və
həmçinin Azərbaycanın Kəlbəcər rayonundakı vəziyyətin qiymətləndirilməsini və sonradan Şuraya məruzə
edilməsini xahiş edir;
5) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
Sərəncam 3205 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.
Qətnamədə açıq-aşkar Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etdiyi, qeyd-şərtsiz işğalçı ordunun Azərbaycan torpaqlarından çıxması və qaçqın və məcburi köçkünlərin öz ocaqlarına qayıtması əksini tapsa da 29 ildir ki, Ermənistan ermənipərəst qüvvələrin havadarlığı, beynəlxalq təşkilatların susqunluğu və ikili standartlarla yanaşması və ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyinə görə heç bir nəticə yoxdur. Hələ də zəngin təbii sərbətləri olan Kəlbəcər torpağl işğalçılar tərəfindən zəbt və qəsb edilir.Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.XXI əsrin müharibəsini aparan Azərbaycanın xalqı qalib və döyüşkəndir.Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi.Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi.Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək də talan edilmişdir.Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir.Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var.Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq.İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanın ödəməyə məcbur ediləcək.Müharibə bir daha göstərdi kim kimdir.Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir.

Cahan Nəcəfova
Bakı Dövlət Universiteti
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024