Mobil versiya
Ali Məhkəmə Tramp haqqında qərarını açıqlayıb
Tarix: 23-11-2022 | Saat: 14:54
Bölmə:Özəl | çapa göndər

Ali Məhkəmə Tramp haqqında qərarını açıqlayıb

ABŞ-da yenidən prezident olmaq üçün qollarını çırmalayan Donald Trampa Ali Məhkəmədən bəd xəbər gəlib.

aia.az xəbər verir ki, məhkəmə Trampın tələbini rədd edərək, vergi qeydlərini Konqresə göndərmək qərarına gəlib.

ABŞ-da Ali Məhkəmə keçmiş prezident Donald Trampın tələbini rədd edib. Vergi qeydlərinin Nümayəndələr Palatasının Maliyyə Qanunvericiliyi Komitəsinə təqdim edilməsini təsdiqləyib.

Beləliklə, Tramp bu məsələ ilə bağlı 3 ildir mübarizə apardığı hüquqi mübarizəni uduzub.

Donald Tramp ABŞ-da 40 ildən sonra könüllü olaraq vergi sənədlərinə Konqres tərəfindən baxılmayan ilk prezident olub.

Tramp Demokrat Partiyasının nəzarətində olan Nümayəndələr Palatasının noyabrın 8-də keçiriləcək ara seçkilərə qədər apardığı araşdırmanın siyasi səbəblərdən açıldığını müdafiə edib.

Qeyd edək ki, keçmiş prezidentin də üzvü olduğu Respublika Partiyası aralıq seçkilərdə Nümayəndələr Palatasında çoxluğu qazanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024