Mobil versiya
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
Tarix: 27-10-2026 | Saat: 10:17
Bölmə:Manşet / Ölkə | çapa göndər

Səday Alıyevə cinayət işi açıldı -

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) və onun sələfi “Azərsu” ASC-də yüksək vəzifələrdə işləmiş Səday Alıyev cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, 3 milyon manat mənimsəmədə ittiham olunur.

Sonuncu dəfə ADSEA-da şöbə müdiri işləyən S.Alıyevin fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ortaya çıxan sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

52 yaşlı sabiq məmur həbsdə deyil, onun barəsində məhkəməyə qədər “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki “İri Şəhərlərin Su Təchizatı” QSC zərərçəkmiş qismində tanınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2026