Ana Sayfa > Özəl > Ali Məhkəmə Tramp haqqında qərarını açıqlayıb
Ali Məhkəmə Tramp haqqında qərarını açıqlayıb23-11-2022, 14:54. Yazar: sevinc1 |
ABŞ-da yenidən prezident olmaq üçün qollarını çırmalayan Donald Trampa Ali Məhkəmədən bəd xəbər gəlib. aia.az xəbər verir ki, məhkəmə Trampın tələbini rədd edərək, vergi qeydlərini Konqresə göndərmək qərarına gəlib. ABŞ-da Ali Məhkəmə keçmiş prezident Donald Trampın tələbini rədd edib. Vergi qeydlərinin Nümayəndələr Palatasının Maliyyə Qanunvericiliyi Komitəsinə təqdim edilməsini təsdiqləyib. Beləliklə, Tramp bu məsələ ilə bağlı 3 ildir mübarizə apardığı hüquqi mübarizəni uduzub. Donald Tramp ABŞ-da 40 ildən sonra könüllü olaraq vergi sənədlərinə Konqres tərəfindən baxılmayan ilk prezident olub. Tramp Demokrat Partiyasının nəzarətində olan Nümayəndələr Palatasının noyabrın 8-də keçiriləcək ara seçkilərə qədər apardığı araşdırmanın siyasi səbəblərdən açıldığını müdafiə edib. Qeyd edək ki, keçmiş prezidentin də üzvü olduğu Respublika Partiyası aralıq seçkilərdə Nümayəndələr Palatasında çoxluğu qazanıb. aia.az Geri dön |