Mobil versiya
Nura Suri: “Şahrux Xanın arvadı məni qısqanırdı”
Tarix: 27-10-2026 | Saat: 11:27
Bölmə:Şou-biznes | çapa göndər

Nura Suri: “Şahrux Xanın arvadı məni qısqanırdı”

Müğənni Nura Suri bu dəfə sosial şəbəkədə paylaşdığı yuxu ilə diqqət çəkib.

AİA.Az xəbər verir ki, sənətçi yuxusunda Bollivudun məşhur aktyoru Şahrux Xanla yaşadığı maraqlı anlardan bəhs edib.

Nura bildirib ki, yuxusunda dəniz sahilində təşkil olunan moda nümayişində iştirak etməli olub. Podiuma çıxmağa hazırlaşarkən onu xüsusi şəkildə geyindirib bəzəyiblər. Elə həmin vaxt Şahrux Xan da onun yanında peyda olub və müğənniyə xüsusi maraq göstərib. İfaçının sözlərinə görə, aktyorun həyat yoldaşı da bu yaxınlıqdan qısqanıb.

Gördüyü yuxunun təsirindən çıxa bilmədiyini deyən Nura Suri baş verənlərə yumorla yanaşıb. O, Şahrux Xanla bağlı belə bir yuxu görməsinin özünə də qəribə gəldiyini vurğulayıb və bunun Bollivud filmindən səhnəyə bənzədiyini qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2026