Mobil versiya
"Campus de Pouillé Angers” şirkətinin koordinatoru Azərbaycanda
Tarix: 21-11-2022 | Saat: 18:23
Bölmə:Özəl / İqtisadiyyat | çapa göndər

"Campus de Pouillé Angers” şirkətinin koordinatoru Azərbaycanda

“Campus de Pouillé Angers” şirkətinin meyvə bağları üzrə koordinatoru Marc Lancıen və aqronom Arsen Tarıverdiyev Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər.

aia.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu xaricdə institutun gənc kadrları üçün müasir meyvəçilik kurslarının təşkili imkanları olmuşdur.

Bundan başqa, institutun direktoru İlham Qaraqurbanlı görüşdə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun fəaliyyəti, icra olunan layihələr, laboratoriya və istixananın fəaliyyət istiqamətləri haqqında qonaqlara ətraflı məlumat verib. Daha sonra Zərdabi adına Elmi Təcrübə sahəsində yerləşən bağlara və tinglik sahələrinə baxış keçiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2024