Mobil versiya
Mingəçevir teatrına yeni direktor təyin olunub
Tarix: 19-11-2022 | Saat: 19:02
Bölmə:Özəl / Şou-biznes | çapa göndər

Mingəçevir teatrına yeni direktor təyin olunub

Azərbaycanın kino aktyoru, Əməkdar artist İntiqam Soltan oğlu Həsənli M.Davudova adına Mingəçevir Dövlət Dram Teatırına direktor təyin edilib.

aia.az xəbər verir ki, İntiqam Həsənli daha öncə Bakı Uşaq və Gənclər Teatrının direktoru və bədii rəhbəri olub.
Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, bunadək Mingəçevir teatrına Anar Quliyev rəhbərlik edib. Teatrın baş rejissoru Vüsal Mehrəliyevin mediaya sənət ocağında 10-12 nəfər “ölü can”ın olduğu, işə çıxmadıqları halda adları ştat cədvəlində olan bu şəxslərə yazılan maaşın rəhbərlik tərəfindən mənimsənildiyi barədə açıqlamasından sonra Mədəniyyət Nazirliyi yerində xidməti araşdırmalar aparıb. Araşdırmalar nəticəsində teatrın fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar aşkar edilib və Mədəniyyət Nazirliyinin əmrinə əsasən 28.10.2022-ci il tarixdən Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Quliyevin əmək müqaviləsinə xitam verilib.

Azər Tağızadə
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə