Mobil versiya
Kollecdə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi -Fotolar
Tarix: 18-11-2022 | Saat: 14:48
Bölmə:Özəl / Təhsil | çapa göndər

Kollecdə “Narkomaniyaya yox deyək!”  mövzusunda tədbir keçirildi

Noyabr ayının 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə Sabunçu Rayon İcra Hakimiyəti ilə birgə Sabunçu Rayon Polis İdarəsi “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi.
Tədbir iştirakçıları öncə tələbələrin “Narkomaniyaya yox deyək!” mövzusunda hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar.

aia.az xəbər verir ki, tədbirdə Sabunçu Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini polis polkovniki Sədi İsmayılov, Sabunçu Rayon İcra hakimiyyətinin “İctimai-siyasi və humanitar məsələlər” şöbəsinin müdiri Ədalət Teymurov, Narkomaniya və narkotik vasitələrə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev, Sabunçu Rayon Polis İdərəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin rəisi polis kapitanı Ata Atayev, Sabunçu Rayon Polis İdərəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili polis leytenantı Adil Xudayarov, Sabunçu rayon İdman və Gənclər İdarəsinin müdir müavini Malik Məmmədov , UNEC Tələbə Gənclər Təşkilatının sədri Mətləb Qarayev qonaq qismində iştirak edirdilər.
Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru p.e.d Vidadi Orucov narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat  xarakterli  görüşlərin keçirilməsinin vacibliyini qeyd edərək bildirdi ki,   bu sahə ilə bağlı davamlı olaraq profilaktik tədbirlər həyata keçirilir.
Tədbir iştirakçıları narkomaniyanın acı fəsadlarından bəhs edərək qeyd etdi ki,  narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir.
Əsrin bəlasının yayılmasının əsas səbəblərini təhlil edən tədbir iştirakçıları cəmiyyətin bütün üzvlərini  problemin həllində birgə fəaliyyətə, qarşılıqlı əməkdaşlığa çağırıblar. Müasir gəncliyi, xüsusən də onun böyük bir hissəsini təşkil edən tələbələri narkomaniyadan  qorumaq  məqsədilə  profilaktik tədbirlərin, maarifləndirici görüşlərin vacibliyini önə çəkən ekspertlər faktlar əsasında narkomaniyanın cəmiyyətə vurduğu böyük mənəvi zərbəni şərh ediblər, cəmiyyətin mənəvi əsaslarını dağıdan bu bəladan  qurtulmaq  üçün yeniyetmə və  gənclərə zərərli vərdişlərin fəsadları haqqında  mütəmadi məlumat verilməsini zəruri sayıblar.
Sonra tələbələr “Narkomaniyaya yox deyək!” adlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb və  tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tədbirdən foto şəkilləri təqdim edirik

Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024