Mobil versiya
Avropa təlaş içində
Tarix: 18-11-2022 | Saat: 13:23
Bölmə:Özəl | çapa göndər

Avropa təlaş içində

Polşa ərazisinə düşən raketlərdən sonra Avropa İttifaqı ölkələri təlaşa düşüb və hava hücumundan müdafiə sistümlərinin gücləndirilməsinə başlayıb. Bu barədə Le Figaro məlumat verir.

Mətbu orqanın məlumatına görə, araşdırmsların nəticələri göstərir ki, Polşanın ərazilərinə düşən raketlər, Ukraynanın istifadə etdiyi, Rusiyanın S-300 hava hücumundan müdafiə sisteminə aiddir. Qeyd olunur ki, hazırda Ukraynanın bütün əraziləri bu müdafiə sistemləri ilə müdafiə olunmur.

Baş verən insident Avropa İttifaqında diskusiyalara səbəb olub. Buna qədər hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı müzakirələr uzun müddət idi ki, təxirə salınırdı. Aİ- nin təlaşa düşməsinə səbəb, hazırki hava hücumundan müdafiə sistemlərinin Polşa istiqamətində atılan raketlərə qarşı heç bir reaksiya göstərməməsidir. Bildirilir ki, kütləvi raket hücumları başlayarsa, bu sistemlər Avropa İttifaqına üzv dövlətlərin ərazilərini müdafiə edə bilməyəcək.

Figaro yazır ki, hazırda Aİ HHM sistemlərini Kiyevə göndərməkdədur. Bundan başqa bu ölkələr hava hücumundan müdafiə ilə bağlı problemlərin həllinə çalışırlar.

Görünən odur ki, Rusiya - Ukrayna müharibəsi hələ uzun müddət davam edəcək.

aia.az
Tərcümə şöbəsi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024