Mobil versiya
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib. -Foto
Tarix: 18-11-2022 | Saat: 11:28
Bölmə:Özəl / Təhsil | çapa göndər

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

Görüşdə AXRTİ-nin rəhbərliyi, sektor müdirləri, İdarənin əməkdaşları və məktəb direktorları iştirak ediblər.

aia.az xəbər verir ki, AXRTİ-nin müdir müavini Ramin Abasov çıxışında Respublika fənn olimpiadalarının təşkili, hazırlığı, məktəblər üzrə şagirdlərin fənn olimpiadalarına kütləviliyinin artırılmasının vacibliyini qeyd edib. Həmçinin keçən ilki tədris ilində fənn olimpiadalarının nəticələri təhlil edilib və müvafiq tövsiyələr verilib.

Daha sonra məktəblərdə rəqəmsal
summativ qiymətləndirmənin həyata keçirilməsi və səmərliliyindən bəhs edilib.

Sonda görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və məktəb rəhbərlərinə tapşırıqlar verilib.

Elbrus Bağırov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024